Misli Premyer Liqasında VIII turu çərçivəsində "Şamaxı" - "Kəpəz" qarşılaşmasında ikinci hissə başlayıb.
İdman.Biz xəbər verir ki, qonaqların 1:2 hesablı üstünlüyü davam edir.
15:21
"Şamaxı"nın futbolçusu "Kəpəz"lə qarşılaşmada qırmızı vərəqə ilə cəzalanıb.
İdman.Biz xəbər verir ki, hakim Əliyar Ağayev Abdullahi Şuaybunu oyundan kənarlaşdırıb.
15:17
Misli Premyer Liqasında VIII turu çərçivəsində "Kəpəz" Şamaxıda ikinci qolunu vurub.
İdman.Biz xəbər verir ki, Fərid Nəbiyev 5 dəqiqə ərzində dubla imza atıb.
15:09
Misli Premyer Liqasında VIII turu çərçivəsində keçirilən ilk oyunda "Kəpəz" "Şamaxı" ilə görüşdə hesabı bərabərləşdirib.
İdman.Biz xəbər verir ki, qolu 34-cü dəqiqədə Fərid Nəbiyev vurub.
14:50
Misli Premyer Liqasında VIII turun ilk oyununda - "Şamaxı" "Kəpəz" qarşılaşmasında hesab açılıb.
İdman.Biz xəbər verir ki, qolu 11-ci dəqiqədə meydan sahiblərinin futbolçusu Sezar Enrike vurub.
14:30
Bu gün Misli Premyer Liqasında VIII turun ilk oyununa start verilib.
İdman.Biz xəbər verir ki, "Şamaxı" öz meydanında cari mövcümdə bütün oyunları uduzan "Kəpəz"lə qarşılaşır.
14:02
Bu gün Misli Premyer Liqasında VIII turu çərçivəsində ilk oyun çıxacaq "Şamaxı" və "Kəpəz" komandalarının start heyətləri açıqlanıb.
İdman.Biz xəbər verir ki, qarşılaşma Şamaxıda saat 14:30-da start götürəcək.
Komandaların heyətləri:
"Şamaxı": 1. Rikardo Fernandes (k), 80. Həbib İsmayılov, 82. Rüfət Abbasov, 9. Karim Rossi, 3. Vladislav Veremeyev, 13. Rikardo Apolinario, 11. Dioqo Balau, 4. Sezar Enrike, 44. David Santos, 19. Abdullahi Şuaybu, 8. Alfons Msanqa.
Ehtiyat oyunçular: 62. Abdulla Seydəhmədov, 99. Səlim Həşimov, 17. Rafael Məhərrəmli, 5. Arsen Ağcabəyov, 21. Bilal İsmayılov, 27. Emil Süleymanov, 97. Oruc Məmmədov, 77. Nihat Mehralıyev, 14. Ravil Qafarov, 24. Sənan Muradlı, 6. Antonio Lara.
Baş məşqçi: Ayxan Abbasov.
"Kəpəz": 1. Kaçper Rosa, 27. Məqsəd İsayev, 77. Fərid Nəbiyev, 88. Şakir Seyidov, 9. Luis Paçu, 11. Vitor Feijao, 29. Dioqo Verdaska (k), 24. Olavale Onanuqa, 12. Mahamadu Ba, 10. Ryonosuke Ohori, 38. Cefferson Bentu.
Ehtiyat oyunçular: 22. Məmməd Hüseynov, 7. Ehtiram Şahverdiyev, 99. Əli Səmədov, 5. Rauf Hüseynli, 17. Ümid Səmədov, 53. Şahmar Aşurov, 20. Elcan Əbilov, 23. Fərid Kələntərov, 66. Arzu Atakişiyev, 21. Sadiq Şəfiyev, 55. Kresus Donqo, 6. Pedro Qomeş.
Baş məşqçi: Azər Bağırov.
09:16
Bu gün Misli Premyer Liqasında VIII turun oyunları keçiriləcək.
İdman.Biz xəbər verir ki, tura Şamaxıda start veriləcək.
İlk oyunda "Şamaxı" "Kəpəz"i qəbul edəcək. Meydan sahibləri 9 xalla turnir cədvəlinin 7-ci pilləsində, bütün oyunları uduzan Gəncə klubu isə sonuncu - 12-ci sırada qərarlaşıb.
Misli Premyer Liqası
I dövrə, VIII tur
17 oktyabr
14:30. "Şamaxı"– "Kəpəz"
Hakimlər: Əliyar Ağayev, Zeynal Zeynalov, Akif Əmirəli, Əkbər Əhmədov.
VAR: Rəşad Əhmədov.
AVAR: Zöhrab Abbasov.
Hakim-inspektor: Asim Xudiyev.
AFFA nümayəndəsi: Azər Əsgərov.
Şamaxı şəhər stadionu
Qeyd edək ki, VIII tura oktyabrın 19-da yekun vurulacaq.