Klubumuzla müqaviləsi başa çatan Məmməd Hüseynov komandamızı tərk edib. 2024-cü ilin yayında "Kəpəz"ə qoşulan 27 yaşlı qapıçı ötən mövsüm Misli Premyer Liqasında 7 matçda meydana çıxıb. Klubumuz xidmətlərinə görə Məmməd Hüseynova təşəkkür edir, ona gələcək karyerasında uğurlar arzulayır.