"Kəpəz" klubunun yollarını ayırmaq istədiyi daha bir futbolçu müəyyənləşib.
İdman.Biz sport24.az-a istinadən xəbər verir ki, Gəncə təmsilçisi qışda nigeriyalı Olavale Onanuqa ilə vidalaşmaq niyyətindədir.
Yarımmüdafiəçinin çıxışı hazırkı məşqçilər korpusunu qane etmir.
Lakin "sarı-göylər" ilk növbədə oyunçu ilə anlaşmalıdır. Çünki Onanuqanın 2026-cı ilin yayınadək müqaviləsi var.
Hətta baş məşqçi Azər Bağırov ona növbəti matçlarda da özünü sübut etməsi üçün şans verəcəyini də deyib.
Qeyd edək ki, "Kəpəz"də bir neçə legioner "qara-siyahı"dadı. Daha əvvəl qapıçı Kaçper Rosanın bu oyunçulardan biri olduğu bildirilmişdi.