"Kəpəz" klubu Məmməd Hüseynovla yolları ayırıb.
İdman.Biz xəbər verir ki, bu barədə "Kəpəz" Peşəkar Futbol Klubu məlumat yayıb.
Futbolçunun klubla müddəti başa çatan müqaviləsi yenilənməyib.
Qeyd edək ki, 2024-cü ilin yayında "Kəpəz"ə qoşulan 27 yaşlı qapıçı ötən mövsüm Azərbaycan Premyer Liqasında yeddi matçda meydana çıxıb.