\"Kəpəz\"in futbolçusu Viktor Stina Moldova millisinə dəvət alıb.
Bu barədə \"Report\"a Gəncə təmsilçisindən məlumat verilib.
28 yaşlı yarımmüdafiəçi UEFA Millətlər Liqasının C Liqasında Qazaxıstan və Farer adaları yığmaları ilə oyunlar üçün heyətə cəlb edilib.
Xatırladaq ki, Qazaxıstanla görüş noyabrın 13-də, növbəti matç isə bundan üç gün sonra baş tutacaq. Viktor Stina yığmada keçirdiyi 34 oyunda 4 qol vurub