top
Karvan-Yevlaxın sabiq yarımmüdafiəçisi: Komanda yüksək liqada oynamağa hazır deyildi - MÜSAHİBƏ Idman.biz
07 aprel 2026, 11:22
- ↺ +

"Karvan-Yevlax"ın sabiq yarımmüdafiəçisi: "Komanda yüksək liqada oynamağa hazır deyildi" - MÜSAHİBƏ

"Azərbaycan çox yaxşı liqaya malikdir, çempionatınızda "Sabah" və "Qarabağ" kimi olduqca güclü komandalar çıxış edir".

Bunu "Karvan-Yevlax"ın sabiq yarımmüdafiəçisi Vitor Roşa futbolinfo.az-a müsahibəsində deyib.

Həmin müsahibəni təqdim edirik.

– "Karvan-Yevlax"dakı karyeranız niyə cəmi 6 ay çəkdi?

– Düzünü desəm, hər şey lap əvvəldən pis getdi. İlk yoldaşlıq oyununda əlimi sındırdım, sıraya dönəndə isə komanda yaxşı nəticələr və oyun göstərmirdi. Komandanın oyun üslubu da əslində mənə heç uyğun gəlmirdi. Bəzən belə olur, hər şey həmişə istədiyimiz kimi getmir.

– Bugünlərdə İslandiyanın "Vestmannayyar" klubu ilə müqavilə imzaladınız. Başqa təklifləriniz də var idi? Niyə məhz İslandiyaya yollanmağı üstün tutdunuz?

– Başqa təkliflərim də var idi, amma mən İslandiyanı seçdim. Bu, çox keyfiyyətli bir liqadır və ölkə də möhtəşəmdir.

– Bəs Azərbaycan liqası ilə bağlı fikirləriniz necədir? Bizim çempionat digər liqalardan nə ilə fərqlənir? Müsbət və mənfi tərəfləri hansılardır?

– Azərbaycan çox yaxşı liqaya malikdir, çempionatınızda "Sabah" və "Qarabağ" kimi olduqca güclü komandalar çıxış edir. Onlar asanlıqla Çempionlar Liqası və ya Avropa Liqası səviyyəsində rəqabət apara bilərlər. Məncə, liqada daha çox balans olsa yaxşıdır. Hazırda ilk dörd komanda ilə digərləri arasında böyük fərq var.

– Hesabat turunda "Qarabağ"a 0:7 hesabı ilə uduzan "Karvan-Yevlax" uzun müddətdir ki, turnir cədvəlində sonuncu yerdədir. Uğursuz performansın əsas səbəbləri nələrdir? Sizcə, komandada nə çatışmır?

– Məncə, "Karvan-Yevlax" yüksək liqada oynamağa hazır deyildi. Düzdür, ən yaxşı azarkeşlərə sahib komandalardan biridir, amma klubun strukturu heç də kömək etmir. Klub daxilində futbolu anlayan daha çox insanın olması lazımdır. Sonda əziyyəti oyunçular çəkir, çünki onlar əvvəldən əllərindən gələni etməyə çalışırlar. Amma belə şəraitdə bu, çox çətindir.

– Sanki "Karvan-Yevlax"da oynadığınız üçün peşmansınız…

– Xeyr, "Karvan-Yevlax"la yolum kəsişdiyinə görə peşman deyiləm. Bu, mənim üçün bir öyrənmə təcrübəsi oldu. Kluba hər şeyin ən yaxşısını arzulayıram. Ümid edirəm ki, vəziyyəti düzəldə biləcəklər.

– "Karvan-Yevlax"da çıxış edən həmyerliniz Pedro Mateuş cari mövsümdə xeyli sayda qurtarış edib. Onu yayda yanınıza aparmağa cəhd edəcəksiniz? Aranızda belə danışıq olub?

– Pedro ilə aramızda çox yaxşı dostluq yarandı. Açığını desəm, mənə görə o, Azərbaycan çempionatının ən yaxşı qapıçılarından biridir. Fikrimcə, Mateuşun özünə daha yaxşı bir klub tapması çətin olmayacaq.

Birev — ev elanları, mənzil, həyət evi, torpaq, ofis | Daşınmaz əmlak platforması
Qarabağ FK

Son xəbərlər

Futbol
Bu gün, 00:32

“Barselona” Rafinya Diası ilə 2030-cu il iyun 30-dək müqavilə imzaladı

Futbol
Dünən, 23:51

Romero, Atletico'nun Barcelona qarşısında oynayacaq qarşılaşmada zərbə səbəbindən iştirak etməyəcək

Futbol
Dünən, 23:40

Denis Zakaria, Monako kapitanı, dünyanın ən yaxşı futbolçusunu Lamin Yamal olaraq təyin etdi

Futbol
Dünən, 23:25

Arsenal’a transfer olacağı planlaşdırılan gürcü futbolçu ciddi zədə aldı

Futbol
Dünən, 23:24

Ansu Fati 2026-cı il zədəsi ilə sahədə olmayacaq

Futbol
Dünən, 22:54

Vinicius Junior Çempionlar Liqası oyunundan əvvəl dəhşətli xatirə anında göz yaşı süzdü

Futbol
Dünən, 22:48

Vikinq və Sabah komandalarının UEFA Çempionlar Liqası IV turu üçün start heyətləri;

Futbol
Dünən, 22:43

Fransa polisi Qızıl top mərcində şübhə araşdırır

Futbol
Dünən, 22:17

Braziliyada futbol yarımfinalında 53 qırmızı vərəqə ilə kütləvi dava başladı

Futbol
Dünən, 22:03

Cerrard Cud Bellinqemi Zidanla müqayisə edir, onu dünyanın ən yaxşı 11-ə daxil edərdi

Futbol
Dünən, 21:45

De Yonq əsas heyətə qayıtmaq istəyir, lakin Flik hələ qərar vermir

Digər
Dünən, 21:28

Kəpəz Regional Expo Gəncə 2026 sərgisinə qatılacaq

Futbol
Dünən, 21:22

Premyer Liqanın doqquzuncu turunun ən yaxşı futbolçusu “Çelsi”ninstrat Romelo Laviya seçilib

Gimnastika
Dünən, 21:17

Azərbaycan gimnastları dünya çempionatında uğurlu start etdilər

Futbol
Dünən, 21:07

Rafael Benites Premier Liqaya qayıtmaq istədiyini elan etdi, uyğun layihə tapmaq çətinlik yaradır

Voleybol
Dünən, 20:59

Superliqa III turu başladı: Ordu 3:0 Azərreyl

Futbol
Dünən, 20:53

Real Madridə verilən penalti səhvən qərarlandı

Gimnastika
Dünən, 20:41

Tofiq Əliyev: Dünya çempionatının təyin mərhələsində liderlik etdik, ardıcıllıqla üçüncü dünya çempionluğu hədəfimizdir

Futbol
Dünən, 20:29

Qəbələ-2 3-7 məğlubiyyətə düşdü

Futbol
Dünən, 20:23

Tenerifeli hücumçu İesus de Migele ölümündən sonra vəziyyəti ilə bağlı açıqlama verən qapıçı İesus Ovono

Qarabağ FK
Dünən, 20:01

İsveçin Höteborq şəhərində Zəfər Gününə həsr olunan şahmat turnirinin qalibləri açıqlanıb - FOTO

Digər
Dünən, 20:00

Nazir: Azərbaycan qlobal idman yarışlarına ev sahibliyi edərək dünya idman mərkəzi kimi tanındı

Digər
Dünən, 20:00

Fənərbaxçanın əvvəlki prezidenti Səddəddin Sarana bəraət verilib

Futbol
Dünən, 19:38

"Şamaxı"nın futbolçusu Abdul Raşid Mumini Benin millisinə çağırılıb;

Oxşar xəbərlər