"Karvan-Yevlax"dan ayrılan Nika Çaçaşvili "Mingəçevir"ə keçdi
"Karvan-Yevlax"dan ayrılan futbolçu Nika Çaçaşvilinin yeni klubu müəyyənləşib. Sport24.az xəbər verir ki, gürcü futbolçu karyerasını I Liqada çıxış edən "Mingəçevir"də davam etdirəcək.
22 yaşlı oyunçu ilə mövsümün sonuna qədər müqavilə imzalanıb.