"Karvan-Yevlax" - "Zirə" oyununda ikinci hissə start götürüb.
İdman.Biz xəbər verir ki, "Karvan-Yevlax" ilk yarıdan sonra 1:0 irəlidədir.
14:54
"Karvan-Yevlax" - "Zirə" oyununda ilk yarı bitib.
İdman.Biz xəbər verir ki, "Karvan-Yevlax" ilk hissədən sonra 1:0 irəlidədir.
14:35
"Karvan-Yevlax" "Zirə" ilə oyunda hesabda irəli çıxıb.
İdman.Biz xəbər verir ki, 29-cu dəqiqədə İmani Barker "Zirə" komandasının qapısından top keçirib.
14:00
Misli Premyer Liqasının X turunun oyununa start verilib.
İdman.Biz xəbər verir ki, Şamaxı şəhər stadionunda "Karvan-Yevlax" "Zirə"ni qəbul edir.
13:21
"Karvan-Yevlax" Misli Premyer Liqasının X turu çərçivəsində Şamaxı şəhər stadionunda "Zirə"ni qəbul edəcək.
İdman.Biz xəbər verir ki, komandalar saat 14:00-da start götürəcək oyunda meydana aşağıdakı heyətlərlə çıxacaq:
Komandaların heyətləri:
"Karvan-Yevlax": 1. Kamran İbrahimov 32. Elvin Yunuszadə (k) 6. Vadim Abdullayev 33. Eltun Turabov 18. Süleyman Əhmədov 20. Coy Sleyd Mikels 2. Şakil Sno 11. Kayl Spens 19. Tompson Qavi 10. Samuel Durrant 21. İmani Barker
Ehtiyat oyunçular: 25. Əmrah Bulud 42. İbrahim Qədirzadə 13. Vüsal Məsimov 22. Qabil Əlizadə 14. Uğur Cahangirov 77. Əli Abdullayev 5. Nika Çaçaşvili 12. Vitor Roşa 37. Mois Nqvisani 3. Said İranxan 8. Peter Kings 4. Olavale Doyeni.
Baş məşqçi: Azər Həşimov
"Zirə": 13. Aydın Bayramov 70. Namik Ələskərov 14. Elçin Əlicanov 29. Ceyhun Nuriyev 4. Ruan Renato (k) 25. Enrike Kustodio 10. Giorgi Papunaşvili 30. Rikardo Martins 93. Brahim Konate 5. Ange Mutsinzi 17. Ayron Qomis
Ehtiyat oyunçular: 97. Tiaqo Silva 41. Anar Nəzirov 32. Qismət Alıyev 21. Hacıağa Hacılı 8. İsmayıl İbrahimli 7. Rövlan Muradov 16. Fuad Bayramov 26. Stefan Aka 28. Leroy Mikels 11. Junior Martins 77. Yeqor Boqomolski 6. Eldar Quliyev.
Baş məşqçi: Rəşad Sadıqov
09:09
Bu gün Misli Premyer Liqasının X turunun oyunları keçiriləcək.
İdman.Biz xəbər verir ki, Şamaxı şəhər stadionunda "Karvan-Yevlax" "Zirə"ni qəbul edəcək.
Saat 14:00-da başlanacaq matçın baş hakimi Kamranbəy Rəhimov olacaq.
"Zirə" 16 xalla 3-cü, "Karvan-Yevlax" 5 xalla 11-ci yerdə gedir. Bu komandalar ilk dəfə üz-üzə gələcəklər.
Misli Premyer Liqası
I dövrə, X tur
1 noyabr
14:00. "Karvan-Yevlax" - "Zirə"
Hakimlər: Kamranbəy Rəhimov, Cəmil Quliyev, Teymur Teymurov, Vüqar Həsənli.
VAR: Elçin Məsiyev.
AVAR: Rahil Ramazanov.
Hakim-inspektor: Əmrah İbrahimov.
AFFA nümayəndəsi: Elman Musayev.
Şamaxı şəhər stadionu
Qeyd edək ki, açılış oyununda "Qarabağ" "İmişli"yə qalib gəlib - 2:0. Turun qalan oyunları 2-3 noyabrda keçiriləcək.