Misli Premyer Liqasının 2025/26 mövsümünün ilk turu iki klubun debütü ilə əlamətdar olub.
İdman.biz xəbər verir ki, əsası 2022-ci ildə qoyulan komandalar – "Karvan-Yevlax" və "İmişli" ölkə çempionatının yüksək dəstəsində debüt edib.
Hər iki debütant ilk matçını evdə - Şamaxı şəhər stadionunda keçirib. Yevlax təmsilçisi "Qəbələ" ilə qarşılaşmada 1 xal qazanıb – 1:1. İmişlinin eyniadlı klubu "Turan Tovuz"a 0:1 hesabı ilə uduzub.
Bununla da 1992-ci ildən keçirilən çempionatda iştirak edən klubların sayı 63-ə çatıb. Əvvəlki 33 mövsümdə 61 komanda güclülər sırasında mübarizə aparıb.
Hər iki komanda təmsil etdiyi şəhərin 3-cü klubudur. İmişlini "Lokomotiv" və "MKT-Araz", Yevlaxı "Avtomobilçi" və "Karvan" təmsil edib.
İdman.biz