top
Azərbaycan güləşçilərindən medal sevincı: Dünya çempionatında gümüş və bürünc medallar – YENİLƏNİB Idman.biz
14 sentyabr 2025, 22:33
- +

Azərbaycan güləşçilərindən medal sevincı: Dünya çempionatında gümüş və bürünc medallar – YENİLƏNİB

Sərbəst güləşçimiz Giorgi Meşvilişvili (125 kq) Xorvatiyanın Zaqreb şəhərində keçirilən dünya çempionatında gümüş medal qazanıb.

İdman.biz xəbər verir ki, final görüşündə Meşvilişvili olimpiya mükafatçısı və dünya çempionu iranlı Amir Hüseyn Zareyə 0:5 hesabı ilə uduzub.

Bundan əvvəl Nurəddin Novruzov (61 kq) və Arseniy Cioyev (86 kq) bürünc medal əldə ediblər.

***

Azərbaycan sərbəst güləşçisi Arseniy Cioyev (86 kq) Xorvatiyanın Zaqreb şəhərində keçirilən dünya çempionatında bürünc medal qazanıb.

İdman.biz-in məlumatına görə, üçüncü yer uğrunda görüşdə Cioyev fransalı Rəhim Maqomedov üzərində 7:0 hesabı ilə qələbə qazanıb.

Bu, Xorvatiyada keçirilən mundialda Azərbaycan güləşçilərinin ikinci bürünc medalıdır. Daha əvvəl 61 kq çəki dərəcəsində Nurəddin Novruzov komandamıza bürünc medal gətirmişdi.

Bundan əlavə, yığmanın superağır çəkili üzvü Giorgi Meşvildişvili (125 kq) qızıl medal uğrunda iranlı Amir Hüseyn Zare ilə qarşılaşacaq.

****

Azərbaycan sərbəst güləşçisi Nurəddin Novruzov (61 kq) Xorvatiyanın paytaxtı Zaqrebdə keçirilən dünya çempionatında bürünc medal qazanıb.

İdman.biz-in məlumatına görə, üçüncü yer uğrunda görüşdə Novruzov koreyalı Kum Hyuk Kim üzərində inamlı qələbə qazanaraq rəqibini 6:0 hesabı ilə məğlub edib. Bu, Azərbaycan güləşçilərinin cari mundialdakı ilk medalıdır.

Bundan əlavə, 86 kq çəki dərəcəsində Arseniy Cioyev fransalı Rahim Maqomedovla bürünc medal uğrunda qarşılaşacaq. Ağır çəkililər arasında (125 kq) isə Giorgi Meşvili finalda iranlı Amir Hüseyn Zare ilə qızıl medal uğrunda güləşəcək.

Qeyd edək ki, digər azərbaycanlı güləşçi Osman Nurməhəmmədov (92 kq) finala yüksələ bilməyib və sabah bürünc medal uğrunda mübarizə aparacaq.

****

Azərbaycandan olan sərbəst güləşçi Osman Nurməhəmmədov (92 kq) Xorvatiyanın paytaxtı Zaqrebdə keçirilən dünya çempionatında yarımfinala yüksəlib.

İdman.biz xəbər verir ki, Nurmaqomedov 1/4 finalda Olimpiya mükafatçısı və üçqat Avropa çempionu olan Daulen Kuruglievi (Yunanıstan) 2:0 hesabı ilə məğlub edib.

Qeyd edək ki, digər azərbaycanlı sərbəst güləşçi Cəbrayıl Hacıyev (79 kq) yarımfinala vəsiqə qazana bilməyib və Yunanıstan təmsilçisi, Avropa çempionu Georgios Kougimitsidisə 0:8 hesabı ilə uduzub.

****

16:06

Xorvatiyanın paytaxtı Zaqrebdə keçirilən sərbəst güləş üzrə dünya çempionatı davam edir.

İdman.biz xəbər verir nki, bu gün Azərbaycan millisinin daha dörd güləşçisi xalça üzərinə çıxıb.

57 kq
İslam Bazarqanov ilk görüşdə gürcüstanlı Roberti Dinqaşvilini 10:1 hesabı ilə məğlub etsə də, ikinci qarşılaşmada UWW bayrağı altında çıxış edən Musa Mehtixanova 0:3 hesabı ilə uduzub.

74 kq
Turan Bayramov startda titul qazanmış rusiyalı güləşçi Zaurbek Sidakovla üz-üzə gəlib. O, 1:5 hesabı ilə məğlub olub.

79 kq
Cəbrayıl Hacıyev rəqibinin zədə səbəbindən xalçaya çıxmaması nəticəsində ilk dövrəni mübarizəsiz adlayıb. O, növbəti qarşılaşmada slovakiyalı Axsarbek Culayevlə güləşəcək.

92 kq
Osman Nurməhəmmədov hələ mübarizəyə qoşulmayıb. Onun ilk rəqibi hindistanlı Dipak olacaq.

İdman.biz

Qarabağ FK

Son xəbərlər

Futbol
Bu gün, 18:43

Sxadadze: "Futbolçulara dedim ki, özünüzə inanın, daha yaxşı oynaya bilərsiniz"

Futbol
Bu gün, 18:38

"Sumqayıt" - "Neftçi": "Neftçi" hesabda önə çıxdı - CANLI

Futbol
Bu gün, 18:37

Sumqayıt - Neftçi oyununda hesab açıldı: Varqas penaltidən fərqləndi

Futbol
Bu gün, 18:26

Vüsal İsgəndərlinin "Partizani"si məğlub oldu

Futbol
Bu gün, 18:22

La Liqa: "Xetafe" "Atletik" Bilbaonu məğlub etdi (2:0)

Futbol
Bu gün, 18:15

Bellinqemin "Bavariya" ilə oyunda start heyətində yer almayacağı ehtimalı

Gimnastika
Bu gün, 18:12

Azərbaycan gimnastları "AGF Trophy"də 1 qızıl, 3 gümüş və 2 bürünc medal qazanıblar

Futbol
Bu gün, 18:01

"Sumqayıt" - "Neftçi": Oyun başladı

Futbol
Bu gün, 17:59

"Sumqayıt" - "Neftçi" oyunu başladı: Misli Premyer Liqasının 26-cı turu CANLI

Futbol
Bu gün, 17:57

"Karvan-Yevlax" oyununun biletləri satışdadır: qiymətlər 3 manatdan başlayır

Futbol
Bu gün, 17:51

Superliqa: "Samsunspor" və "Konyaspor" arasında dörd qollu heç-heçə

Futbol
Bu gün, 17:42

"Kəpəz" - "Qəbələ" oyununda həkimin qeyri-adi hərəkəti - VİDEO

Tennis
Bu gün, 17:42

"Şüa İdman Kompleksi"ndə stolüstü tennis yarışına start verildi

Futbol
Bu gün, 17:31

Misli Premyer Liqası: "Qəbələ" səfərdə "Kəpəz"ə qalib gəldi

Futbol
Bu gün, 17:27

"Liverpul" Harri Uilsonu geri qaytarmaq istəyir

Futbol
Bu gün, 17:27

"Qəbələ" "Kəpəz"i 2:0 hesabı ilə məğlub etdi

Futbol
Bu gün, 17:26

ESPN 21 yaşadək ən yaxşı 20 futbolçunu açıqlayıb: Arda Güler ilk üçlükdədir

Futbol
Bu gün, 17:19

"Kəpəz" - "Qəbələ": "Qəbələ" səfərdə qələbə qazandı

Futbol
Bu gün, 17:16

"Kəpəz" - "Qəbələ" oyununun nəticəsi: "Qəbələ"dən qələbə

Futbol
Bu gün, 17:14

"Sumqayıt" - "Neftçi" oyununun start heyətləri və matç haqqında məlumat

Futbol
Bu gün, 17:02

"Kəpəz" - "Qəbələ": İsmael Akinade hesabı açdı - CANLI

Futbol
Bu gün, 17:02

"Sumqayıt" - "Neftçi": Misli Premyer Liqası, Heyətlər və Oyun Öncesi

Futbol
Bu gün, 17:01

"Qəbələ" "Kəpəz"i məğlub etdi

Futbol
Bu gün, 16:59

Mirça Luçesku süni komaya salınıb

Oxşar xəbərlər