top
Zaqrebdə güləş üzrə dünya çempionatında Azərbaycan güləşçiləri üç medal qazanıb Report.az
14 sentyabr 2025, 23:39
- +

Zaqrebdə güləş üzrə dünya çempionatında Azərbaycan güləşçiləri üç medal qazanıb

Xorvatiyanın paytaxtı Zaqrebdə güləş üzrə dünya çempionatı davam edir.

"Report" xəbər verir ki, yarışın ikinci günündə sərbəst güləşdə ilk medalçılar müəyyənləşib.

Nürəddin Novruzov (61 kq) təsəlliverici görüşlərdə ekvadorlu Coşua Kramerə (10:0) və ukraynalı Kamil Kərimova (12:2) tam üstünlüklə qalib gəlib. Nürəddin bürünc medal uğrunda görüşdə isə Şimali Koreya təmsilçisi Kum Kimə heç bir şans tanımayıb. Rəqibini "tuş"la üstələyən həmyerlimiz dünya üçüncüsü olub.

Arseniy Djioyev (86 kq) təsəlliverici görüşdə ukraynalı Muxammed Aliyevə 7:2, bürünc medal uğrunda mübarizədə isə fransalı Raxim Maqamadova 7:0 hesabıyla qalib gələrək bürünc medalı boynundan asıb.

Günün son qarşılaşmasında Giorgi Meşvildişvili (125 kq) iranlı Amir Zareylə qarşılaşıb. Təmsilçimiz titullu rəqibinə 0:5 hesabıyla məğlub olaraq yarışı gümüş medalla başa vurub.

İkinci yarış günündə həmçinin sərbəst güləş üzrə daha 4 çəkidə finalçılar müəyyənləşib. İslam Bazarqanov (57 kq) gürcüstanlı Roberti Dinqaşviliyə 10:1 hesabıyla qalib gəlsə də, 1/8 finalda rusiyalı Musa Mextixanova 0:3 hesabıyla məğlub olub.

Turan Bayramov (74 kq) 1/16 finalda rusiyalı olimpiya və dünya çempionu Zaurbek Sidakovla bacarmayıb – 1:5.

Cəbrayıl Hacıyev (79 kq) debütdə Sierra Leone güləşçisi Alfred Daniel xalçaya çıxmadığı üçün 1/8 finala yüksəlib. Daha sonra isə slovakiyalı Axsarbek Qulayevə 2:1 hesabıyla qalib gəlib. Ancaq 1/4 finalda yunanıstanlı Avropa çempionu Georgios Kuqiumtsidisə 0:8 hesabıyla uduzub. Rəqib finala yüksəldiyi üçün Cəbrayıl sabah təsəlliverici görüşə çıxacaq.

Osman Nurmaqomedov (92 kq) startda hindistanlı Dipak Punianı minimal fərqlə (4:3) üstələyib. 1/4 finalda yunanıstanlı olimpiya mükafatçısı və 3 qat Avropa çempionu Dauren Kuruqliyevlə görüşdə güləşçimiz 2:0 öndə olarkən rəqib zədələnib və Osman yarımfinala yüksəlib. Nurmaqomedov finalın bir addımlığında amerikalı Trend Hidleyə məğlub olub – 4:15. Təmsilçimiz sabah bürünc medal uğrunda güləşəcək.

dünya çempionatı güləş sərbəst güləş medal Zaqreb
Qarabağ FK

Son xəbərlər

Futbol
Bu gün, 07:19

Qalatasaray "Çelsi"nin keçmiş futbolçusunu transfer edib

Futbol
Bu gün, 06:11

„Liverpul“ 60 milyon avro ödəyərək yaponiyalı futbolçunu transfer etməyə hazırdır

Futbol
Bu gün, 05:13

FİFA sədri Deşamın hakimliklə bağlı tənqidinə cavab verib

Futbol
Bu gün, 04:14

Ezekiel Sebalyos “Napoli”yə keçməyə hazırdır

Futbol
Bu gün, 03:10

"Bordo" futbol klubu iflasa uğramaq ərəfəsindədir

Futbol
Bu gün, 02:05

İngiltərə mundialda qol vurmaq üzrə yeni rekorda imza atıb

Futbol
Bu gün, 01:58

Mauro İkardi ilə "Qalatasaray"ın vidalaşması

Basketbol
Bu gün, 01:51

Azərbaycan U20 basketbol millisi Şimali Makedoniyaya uduzub

Futbol
Bu gün, 01:37

Messi DÇ tarixində ən yaşlı yarımfinal oyunçusu oldu

Futbol
Bu gün, 00:54

DÇ-2026: Argentina İngiltərə ilə qarşılaşır

Futbol
Bu gün, 00:48

DÇ-2026: Argentina İngiltərə matçında bərabərlik

Futbol
Bu gün, 00:36

Harri Keyn İngiltərə yığmasındakı oyunlarla rekordunu qırıb

Futbol
Bu gün, 00:36

Harri Keyn İngiltərə yığmasındakı oyun sayında Ueyn Runini keçib

Futbol
Bu gün, 00:32

Harri Keyn İngiltərə millisində Ueyn Runinin rekordunu qırıb

Futbol
Bu gün, 00:16

DÇ-2026: İngiltərə Argentinaya qarşı hesab açıb

Futbol
Bu gün, 00:16

DÇ-2026: İngiltərə Argentinaya qarşı hesab açıb

Futbol
Bu gün, 00:11

2026-cı il dünya çempionatının yarımfinalında İngiltərə və Argentina arasında rekord göstərici

Futbol
Bu gün, 00:02

DÇ-2026: Argentina İngiltərə ilə finala gedəcək

Futbol
Dünən, 23:59

Lionel Messi dünya çempionatlarının yarımfinalında meydana çıxan ən yaşlı futbolçu olub

Futbol
Dünən, 23:49

DÇ-2026: İngiltərə və Argentina arası matçın ilk yarısı qolsuz başa çatdı

Futbol
Dünən, 23:35

Folklend müharibəsi veteranları: Futbolu müharibə ilə müqayisə etməyin

Futbol
Dünən, 23:00

DÇ-2026: İngiltərə və Argentina finalçı müəyyən edirlər

Futbol
Dünən, 23:00

DÇ-2026: Argentina və İngiltərə arasında yarımfinal oyunu başladı

Futbol
Dünən, 22:55

Zirə UEFA Konfrans Liqasında Torpedo ilə qarşılaşandan əvvəl son hazırlıq məşqini keçirdi

Oxşar xəbərlər