Bu gün Las-Veqasda Sual "Kanelo" Alvarez və Terens Krouford arasında keçirilən görüş peşəkar boks tarixində bilet satışından ən çox gəlir gətirən üçüncü döyüş olub.
İdman.biz xəbər verir ki, bilet satışından 47,2 milyon dollar gəlir əldə olunub.
Ən çox pul qazandıran döyüş isə 2015-ci ildə Floyd Meyvezer və Manny Pakyao arasında baş tutan qarşılaşmadır - 72,2 milyon dollar. İkinci yerdə 2017-ci ildə Meyvezer və Konor Makqreqor arasında olan döyüş gəlir baxımından 55,4 milyon dollar toplayıb.
Qeyd edək ki, Krouford döyüşdə hakimlərin yekdil qərarı ilə qalib gəlib (116:112, 115:113, 115:113) və üç çəki dərəcəsində dünya çempionu adını qazanıb.
İdman.biz