top
Qarabağın ÇL-dəki rəqiblərinin son oyunları: 2 qələbə, 1 heç-heçə, 2 məğlubiyyət Idman.biz
15 sentyabr 2025, 02:31
- ↺ +

"Qarabağ"ın ÇL-dəki rəqiblərinin son oyunları: 2 qələbə, 1 heç-heçə, 2 məğlubiyyət

Çempionlar Liqasının Liqa mərhələsində "Qarabağ"ın rəqibi olan klublardan beşi şənbə günü ölkə çempionatında növbəti matçını keçirib.

İdman.biz xəbər verir ki, "Kopenhagen" Danimarka çempionatının 8-ci turunda "Bröndbyu"nun qonağı olub.

Matç "Kopenhagen"in 1:2 hesablı məğlubiyyəti ilə başa çatıb. Komandanın heyətində yeganə qolu Mohamed Elyounoussi vurub. Uduzmağına baxmayaraq, "Kopenhagen" 8 oyundan 16 xal toplamaqla çempionatda liderdir.

"Atletik Bilbao" da turu xalsız başa vurub. Bask təmsilçisi La Liqanın dördüncü turunda öz meydanında "Alaves"ə uduzub - 0:1.

Mövsümdə ilk məğlubiyyətini alan Bilbao klubu hazırda 9 xalla İspaniya çempionatında ikinci yeri tutur.

"Kopenhagen" və "Atletik Bilbao"dan fərqli olaraq "Napoli" turu qələbə ilə başa vurub. Neapol təmsilçisi İtaliya A seriyasının üçüncü turunda səfərdə "Fiorentina"dan üstün olub - 3:1.

Neapolluların heyətində Kevin de Brüyne, Rasmus Hoylund və Sam Beukema fərqlənib. 3 turdan sonra maksimum xal toplayan "Napoli" İtaliya çempionatının lideridir.

"Ayaks" da turu 3:1 hesablı qələbə ilə başa vurub. Amsterdam klubu Niderland çempionatının 5-ci turunda "Zvolle"dən üstün olub.

"Ayaks"a qələbə gətirən qolları Devi Klaassen və Mika Qodts (2 qol) vurub. 5 turdan 11 xal toplayan paytaxt təmsilçisi Niderland çempionatında üçüncü yerdə qərarlaşıb.

"Qarabağ"ın 5 rəqibindən yalnız "Çelsi" turu heç-heçə ilə başa vurub. Premyer Liqanın 4-cü turu çərçivəsində səfərdə "Brentford"un qonağı olan "zədaganlar" meydandan 2:2-lik bərabərliklə ayrılıblar.

"Çelsi"nin heyətində Kol Palmer və Moizes Keysedo fərqlənib. 4 turdan sonra 8 xalı olan London klubu turnir cədvəlində beşincidir.

İdman.biz

Birev — ev elanları, mənzil, həyət evi, torpaq, ofis | Daşınmaz əmlak platforması
Qarabağ FK

Son xəbərlər

Gimnastika
Bu gün, 15:40

Xüsusi Olimpiya çərçivəsində Zəfər Gününə həsr olunmuş bədii gimnastika yarışı

Futbol
Bu gün, 15:37

Kódzo Taşima, FİFA prezidentliyinə namizədliyini irəli sürdü

Futbol
Bu gün, 15:30

Barcelona Bakıdakı “Sabah” ilə matça ciddi itkilərlə çıxa bilər

Qarabağ FK
Bu gün, 15:08

Nəriman Axundzadə: Errumspor’da daha çox forma şansı qazanacağam;

Futbol
Bu gün, 15:00

Zəfər Günü münasibətilə Kəpəzin kollektivi ilə şəhid övladları buluşdu

Futbol
Bu gün, 14:45

Ronaldo Portuqaliya milli komandasından bəhs edərək karyerasını başa vurduğunu elan edib

Futbol
Bu gün, 14:44

Kreşianu Ronaldo Milli Komandanı Tərk Edir: ‘Yolum Bitti’

Qarabağ FK
Bu gün, 14:41

Anatoli Ponomaryov: Azərbaycanlı futbolçuların Avropaya transferi çətindir

Futbol
Bu gün, 14:40

Mançester Yunayted Liverpoolun hücumçusunu hədəfləyir

Futbol
Bu gün, 14:36

Kriştianu Ronaldo Portuqaliya millətində karyerasını bitirdi

Futbol
Bu gün, 14:18

Kəpəz futbolçusu Viktor Stina Moldova milli komandası üçün dəvət aldı

Futbol
Bu gün, 14:01

Braziliyada 20 yaşlılar arasında baş verən kütləvi davadan sonra 53 nəfərə qırmızı vərəqə verildi

Futbol
Bu gün, 14:01

Yurgen Klopp Niklas Fülkruqu Almaniya millisinə çağırmaqla planlaşdırır

Futbol
Bu gün, 14:00

Vikinq, “Sabah”ı 4:1-ə məğlub etdi

Futbol
Bu gün, 13:52

Barselona Hans-Diter Flikin rəhbərliyi altında son 100 ilin rekordunu qıraraq 15 rəsmi matçda 60 qol vuran göstəriciyə imza atıb

Futbol
Bu gün, 13:42

Fabreqas PSJ ilə qarşılaşmağı düşündüyündə yatmaqdan çəkindirir

Minifutbol
Bu gün, 13:34

Azərbaycan futzalı Çexiya ilə 2028 Dünya Çempionatının əsas mərhələsində qalib gəlmək üçün həyəcanlanır

Futbol
Bu gün, 13:31

Elhad Naziri: Gəncəbasarın futbolçularının büdcəsi 22 min manat

Futbol
Bu gün, 12:53

Elvin Yunuszadə: Türkiyədə Futbol Mühiti Tamamilə Fərqlidir

Futbol
Bu gün, 12:40

Milan 2028-ci ildən Adidas ilə 10 mövsümlük yeni müqavilə imzalayaraq 500 milyon avrodan artıq qazanar

Basketbol
Bu gün, 12:38

Ceyhun Həsənli Şəki Basketbol Komandasının Baş Məşqçisi Təyin Olundu

Futbol
Bu gün, 12:38

Forest Green Rovers klubunun soyunub‑geyim otağını tropik bağa çevirməsi

Futbol
Bu gün, 12:34

Harri Keyn Bayern ilə müqaviləsini 2029-cu ilə qədər uzatdı

Digər
Bu gün, 12:07

Basketbol millimizin oyunlarına biletlər satışa çıxarıldı

Oxşar xəbərlər