top
Samir Abasov Neftçi - Sabah oyunundan sonra: Penalti və transferlər açıqlaması Idman.biz
15 sentyabr 2025, 00:00
- ↺ +

Samir Abasov "Neftçi" - "Sabah" oyunundan sonra: Penalti və transferlər açıqlaması

"Neftçi"nin baş məşqçisi Samir Abasov Azərbaycan Premyer Liqasının 4-cü turunda "Sabah"la qolsuz heç-heçə etdikləri görüşdən sonra mətbuat konfransında ətraflı açıqlama verib.

İdman.biz xəbər verir ki, Abasov əvvəlcə komandasının oyundakı fədakarlığını vurğulayıb:
"Futbolçularımı təşəkkür etməyə borcluyam. Çox əziyyət çəkdilər, qaçdılar, yaxşı mübarizə apardılar. "Turan Tovuz"la oyunda xal itirdik, amma bu dəfə daha yaxşı oynadıq. İtkilərimiz var idi, buna baxmayaraq, futbolçular meydanda əlindən gələni etdilər. Mən oyundan çox məmnun qaldım. Azarkeşlərimizi başa düşürəm. Hamı birinci oyunda qələbə gözləyirdi. Amma bu prosesi davam etdirəcəyik və getdikcə daha yaxşı oynayacağıq".

Baş məşqçi oyunda verilməyən penalti epizodlarını da sərt tənqid edib:
"Bəzi epizodlarda meydanda bir komanda var idi, o da "Neftçi". Hakim yaxın idi, epizodu görürdü və penalti verdi. Ancaq niyə VAR müdaxilə etdi, anlamıram. Top qapıya gedirdi, futbolçu əli ilə blok elədi. Bundan əlavə, Vargasa qarşı da kobudluq var idi. Mənim fikrimcə, ən azı bu iki epizoddan biri penalti olmalı idi. Əminliklə deyirəm ki, bizim qapımızda olsaydı, yüz faiz penalti veriləcəkdi".

Abasov transfer mövzusuna da toxunaraq hücumçu çatışmazlığını etiraf edib:
"Ən çox verilən sual hücumçu ilə bağlı olur. Çünki bu, elə mövqedir ki, orada səhvə yol vermək olmaz. Amma reallıq budur ki, istədiyimiz hücumçuları Azərbaycana gətirmək çox çətindir. Avropalı, ərəb və çinli klublar bu işdə bizə mane olurlar. Çox oyunçularla danışdıq, amma alınmadı. Hazırda azad agent statusunda olan bəzi futbolçular var. Mövsümün əvvəlində onları masaya oturtmaq çətin idi, amma indi şansımız var".

Baş məşqçi komandanın gənc oyunçularına da yüksək qiymət verib:
"Murad Xaçayev çox yaxşı oynadı. Elvin Bədəlov da meydanda özünü yaxşı tərəfdən göstərdi. Mən bütün komandanın oyunundan razıyam. Kim ehtiyatda olacaq, kim oynayacaq, bunu zaman göstərəcək. Əsas odur ki, hamısı belə formada qalsın".

Abasovdan milli komanda ilə bağlı da sual verilib. O, bu məsələdə mövqeyini gizlətməyib:
"Əlbəttə, yerli məşqçinin tərəfdarıyam. Son oyunlar göstərdi ki, futbolumuzu anlayan, reallığı bilən mütəxəssis lazımdır. Yerlilərdən kim olacaqsa, ona uğurlar arzulayıram. Mənim hazırda bütün fikrim "Neftçi" və U-21 yığmasındadır".

Sonda mütəxəssis əlavə edib ki, qarşıdakı oyunlarda əsas məqsəd nəticə ilə yanaşı, azarkeşləri sevindirəcək futbol göstərmək olacaq:
"Qol epizodlarını dəyərləndirə bilməməyin izahı məndə yoxdur. Amma komanda doğru yoldadır. Daha çox çalışıb həm oyunumuzu, həm də nəticəmizi yaxşılaşdıracağıq".

İdman.biz

Birev — ev elanları, mənzil, həyət evi, torpaq, ofis | Daşınmaz əmlak platforması
Qarabağ FK

Son xəbərlər

Futbol
12 oktyabr 2026, 11:51

“Sabah” və “Slaviya” qarşılaşması üçün 51 minə yaxın bilet satılıb – KLUBDAN İDMAN.BİZ-ə açıqlama

Futbol
12 oktyabr 2026, 11:07

Harri Keyn “Bavariya” ilə 2030-cu ilin yayınadək müqaviləsini uzada bilər

Qarabağ FK
12 oktyabr 2026, 10:00

VII tur: 12 qol, Sumqayıtın möhtəşəm qalibiyyəti və turnirin digər əsas nəticələri

Futbol
12 oktyabr 2026, 09:44

“Real Madrid”ın hücumçusu Vinicius Junior sevgilisindən ayrıldı

Futbol
12 oktyabr 2026, 06:47

Spalletti: “Yuventus” qələbəni öz təşəbbüsü ilə əldə etməlidir

Futbol
12 oktyabr 2026, 04:40

“Aston Villa” Endricki icarəyə götürməyi planlaşdırır

Futbol
12 oktyabr 2026, 01:30

Nihat Kahveci, Türkiyə milli komandasının yeni baş məşqçisi olaraq Fatih Tekkeyi təklif etdi

Futbol
11 oktyabr 2026, 23:58

Ramil Şeydayev Soçi–Ufa matçında qalibiyyətdə iştirak etdi

Futbol
11 oktyabr 2026, 22:55

Arda Turan Türkiyə milli komandası üzrə məşqçilik təklifini rədd etdi

Futbol
11 oktyabr 2026, 22:55

Turan Tovuz, Şəfaya 0:1 qalib gəldi - Video icmalı

Qarabağ FK
11 oktyabr 2026, 22:30

Əvəzedicilər Liqası: “Qarabağ‑2” və “Sumqayıt‑2” qalib gəldi

Qarabağ FK
11 oktyabr 2026, 22:25

İmişli – Qarabağ (0:2) matçının video icmalı

Qarabağ FK
11 oktyabr 2026, 21:49

Qurban Qurbanov: “Qələbəmiz önəmlidir, amma hələ də komandamızda bəzi çatışmazlıqlar mövcuddur”

Futbol
11 oktyabr 2026, 21:26

Manchester City 3-0 Liverpool, Crystal Palace 3-1 Nottingham Forest – nəticələr + video

Qarabağ FK
11 oktyabr 2026, 17:36

Kamilo Duran “Seltik”in 2:0 qələbəsində qol vurdu – VİDEO

Qarabağ FK
11 oktyabr 2026, 13:24

Avstriyalı hakim Sebastian Qishamerin doğum günündə “Sabah” – “Slaviya” oyununu idarə edəcək

Futbol
11 oktyabr 2026, 11:20

“Sabah” müdafiəçisi Puxaç Levandovskiyi görkəmli natiq hesab etmir

Qarabağ FK
11 oktyabr 2026, 10:37

Duran, “Qarabağ”dan “Seltik”ə keçidinin Kolumbiya millisində dəvətə əsas faktor olduğunu bildirib

Futbol
11 oktyabr 2026, 10:19

Şəfa və Turan Tovuz Misli Premyer Liqasının 7-ci turunda ilk dəfə qarşılaşacaq

Qarabağ FK
11 oktyabr 2026, 09:31

“İmişli” “Qarabağa” qarşı: İlk qolmu, dördüncü məğlubiyyətmi?

Futbol
11 oktyabr 2026, 09:19

Messi Inter Miami-də 934-cü qolunu vurdu, 1000-ə 66 top qaldı

Cüdo
11 oktyabr 2026, 01:49

Rəşad Nəbiyev dünya çempionatında rekord 7 medal qazanmış cüdoçularımızı təbrik etdi

Futbol
11 oktyabr 2026, 01:04

Real Madrid Vilyarrealı 1-0 məğlub etdi, Vinicius qırmızı kart gördü; Barcelona 3-0 Xetafe

Futbol
11 oktyabr 2026, 00:12

Filipe Kandido: 4-1 qələbə ilə Qəbələyə tam haqq etdik

Oxşar xəbərlər