"Karvan-Yevlax" futbol klubu heyətini Lətif Rzayevlə gücləndirib.
İdman.Biz xəbər verir ki, bu barədə Yevlax təmsilçisinin mətbuat xidməti məlumat yayıb.
Son olaraq "İmişli"də çıxış edən yarımmüdafiəçi ilə 2026/2027 mövsümünün sonunadək müqavilə imzalanıb.
Qeyd edək ki, "Karvan-Yevlax" 2026/2027 mövsümündə Azərbaycan I Liqasında mübarizə aparacaq.