Misli Premyer Liqasında XXı turun oyunları davam edir. Sport24.az xəbər verir ki, bu gün hesabat həftəsi çərçivəsində daha bir oyun keçiriləcək. Əslində iki qarşılaşma baş tutmalı idi. Ancaq "Neftçi" - "Qarabağ" matçı təxirə salındığından bütün diqqətlər Yevlaxa yönələcək.
"Karvan-Yevlax" "doğma divarlar" arasında "Araz-Naxçıvan"ı qəbul edir. Turnir cədvəlinin "zirzəmi"sində qərarlaşan meydan sahibləri sonuncu dəfə ötən ilin oktyabrında aktivinə 1 xal yazdırıb. O vaxtdan bəri "ağ-qaralar" nəinki qələbə, ümumiyyətlə xal üzünə həsrət qalıb. Qonaqlar isə avrokuboklara vəsiqə uğrunda mübarizə aparır. Naxçıvan təmsilçisinin bu tur ərəfəsində hesabında 30 xal var. "Qırmızı-ağlar" Yevlaxdan 3 xalla dönəcəyi halda dünən məğlub olan "Sumqayıt"ı ötərək turnir cədvəlində 5-ci pilləyə yüksələcək.
Qeyd edək ki, tura sabah keçiriləcək "Sabah" - Kəpəz" və "İmişli" - "Şamaxı" oyunları ilə yekun vurulacaq.
Misli Premyer Liqası
II dövrə, XXI tur
14:30. "karvan-Yevlax" - "Araz-Naxçıvan"
Hakimlər: İnqilab Məmmədov, Namiq Hüseynov, Rahil Ramazanov, Ruslan Quliyev
VAR: Tural Qurbanov
AVAR: Şirmamed Mamedov
Hakim-inspektor: Zöhrab Qədiyev
AFFA nümayəndəsi: Nəriman Axundov
Yevlax. Şəhər stadionu.
"Karvan-Yevlax": 99. Pedro Mateuş 6. Vadim Abdullayev (k) 33. Eltun Turabov 14. Uğur Cahangirov 16. Rauf Rüstəmli 5. Emin Rüstəmov 2. Şakil Sno 11. Kayl Spens 37. Mois Nqvisani 19. Tompson Qavi 21. İmani Barker
Ehtiyat oyunçular: 1. Kamran İbrahimov 25. Əmrah Bulud 32. Elvin Yunuszadə 42. İbrahim Qədirzadə 13. Vüsal Məsimov 17. Samir Abdullayev 8. Peter Kings 10. Samuel Durrant 4. Olavale Doyeni
"Araz-Naxçıvan": 12. Kristian Avram 3. Bəxtiyar Həsənalızadə (k) 5. Slavik Alxasov 8. Coşqun Diniyev 4. Rahil Məmmədov 26. Ömər Buludov 24. Mustafa Əhmədzadə 16. Ramon Maçado 6. Patrik Andrade 7. Hamidu Keyta 10. Felipe Santos
Ehtiyat oyunçular: 94. Tərlan Əhmədli 14. Ülvi İsgəndərov 17. İssuf Paro 23. Nuno Rodriqes 11. Ba-Muaka Simakala 77. Bruno Franko 70. Şarl Boli 19. Bar Kohen