"Liverpul"un və İngiltərə millisinin sabiq futbolçusu Ceymi Karrager Harri Keynin "Qızıl top" mükafatını qazanmasında "Tottenhem"dən ayrılmasının mühüm rol oynadığını düşünür.
İdman.Biz Sky Sports-a istinadən xəbər verir ki, keçmiş futbolçu 33 yaşlı hücumçunun "Bavariya"ya transferini onun karyerasında zəruri addım kimi qiymətləndirib.
"Bu, vacib addım idi. Əvvəlcə mənə elə gəlirdi ki, o, bütün diqqətini Premyer Liqanın ən yaxşı bombardiri olmaq ideyasına yönəldib. Lakin onun ambisiyaları bir rekordla məhdudlaşmırdı. Transfer ona Çempionlar Liqasını qazanmaq və "Qızıl top" uğrunda ciddi mübarizə aparmaq üçün real şans verdi. Harri Keyn "Tottenhem"də oynasaydı, heç vaxt "Qızıl top"u qazana bilməzdi", - deyə Karrager vurğulayıb.
Qeyd edək ki, Keyn oktyabrın 26-da karyerasında ilk dəfə "Qızıl top" mükafatına layiq görülüb. O, səsvermədə "Real Madrid"in hücumçusu Kilian Mbappe və "Barselona"nın futbolçusu Lamin Yamaldan üstün olub.
İngiltərə millisinin hücumçusu 2023-cü ilin yayında "Tottenhem"dən "Bavariya"ya transfer olunub.