top
Karim Rossi Zirə oyunu, qollar, təkliflər və gələcək planları haqqında danışdı Idman.biz
02 aprel 2026, 11:12
- ↺ +

Karim Rossi "Zirə" oyunu, qollar, təkliflər və gələcək planları haqqında danışdı

"Çətin görüş olacaq. "Zirə" çox yaxşı heyətə və güclü baş məşqçiyə malikdir, son illərdə sabit çıxış edirlər".

Bunu "Şamaxı"nın isveçrəli hücumçusu Karim Rossi futbolinfo.az-a müsahibəsində deyib.

Həmin müsahibəni təqdim edirik.

– "Şamaxı"nın geridə qalan 25 tur ərzindəki ümumi çıxışını necə qiymətləndirirsiniz?

– Düşünürəm ki, ümumilikdə əldə etdiklərimizdən razı qala bilərik. Mövsüm ərzində elə məqamlar oldu ki, daha yüksək mövqelərə qalxa bilərdik. "Araz-Naxçıvan"a qarşı keçirdiyimiz iki oyunda qalib gəlsəydik, onlara daha da yaxınlaşardıq. "Şamaxı"nın büdcəsi kiçikdir, amma biz "Qarabağ", "Zirə" kimi klubları məğlub etdik və bir çox insanı təəccübləndirdik. Yaxşı heyətimiz var, böyük potensiala malik olan gənc oyunçularımız çoxdur.

– Cari mövsümdə ən çox hansı oyunlardakı xal itkisinə üzülürsünüz?

– "Qəbələ" ilə matçı qeyd edərdim. Evdə 0:4 hesabı ilə məğlub olmağımız çox məyusedici idi. Ən azı 5-7 xal itirmişik. Elə oyunlar oldu ki, 1:0 hesabı ilə öndə idik, amma sonda məğlub olduq. Məsələn, "Zirə" və "Sumqayıt"la ev matçlarını xatırlatmaq istəyirəm. Bu da göstərir ki, təcrübə baxımından inkişaf etməliyik. Hələ də irəliləyişə can atmalı və öyrənməliyik.

– Milli komandaların oyunları ilə əlaqədar yaranmış fasilə "Şamaxı"ya necə təsir edəcək?

– Son 8 görüş üçün hazırlaşırıq. Həm bir neçə gün dincəlmək imkanı əldə etdik, həm də fiziki hazırlığımızı qorumağa çalışdıq.

– Fasilədən sonrakı ilk qarşılaşmada "Zirə"nin qonağı olacaqsınız. Bu oyundan gözləntiniz nədir?

– Çətin görüş olacaq. "Zirə" çox yaxşı heyətə və güclü baş məşqçiyə malikdir, son illərdə sabit çıxış edirlər. Ümid edirik ki, yaxşı performans göstərəcəyik. Azarkeşlər maraqlı oyun izləyəcəklər.

– Bu mövsüm çempionatda 9 qol vurmusunuz və bombardir Coy-Lens Mikelsdən 6 qol geri qalırsınız. Mövsümün sonunadək neçə qola imza atmağı qarşınıza hədəf qoymusunuz?

– Bəli, ümumilikdə 12 qol vurmuşam, onlardan 3-ü kubokda "Qarabağ"a qarşı olub. Buna görə məmnunam, amma son oyunları da güclü başa vurmaq istəyirəm. "Sabah" çox yaxşı komandadır, matç ərzində xeyli hücum imkanı yaradır, bu da Coy-Lens Mikels üçün daha əlverişlidir. Mən hücumçu kimi hər zaman qarşıma məqsəd qoyuram ki, ən azı 10 qol+assist töhfəsinə çatım.

– Mövsümün sonu yaxınlaşır. Daha iddialı klublardan təkliflər gəlirmi? Növbəti mövsümü başqa klubda keçirməyi planlaşdırırsınız, yoxsa "Şamaxı"da qalmağı?

– Bəli, "Şamaxı" ilə müqaviləm mayın 31-də bitdiyi üçün bəzi klublardan təkliflər olub. Bütün variantları, o cümlədən digər ölkələrdən gələn təklifləri dəyərləndirirəm. Azərbaycanda qalacağıma ümid edirəm, çünki burada özümü çox yaxşı hiss edirəm, liqa rəqabətlidir. "Şamaxı"da qalmaq məsələsinə gəlincə, hələlik bunu bilmirəm.

Birev — ev elanları, mənzil, həyət evi, torpaq, ofis | Daşınmaz əmlak platforması
Qarabağ FK

Son xəbərlər

Futbol
Bu gün, 01:56

ÇL: “Sabah” Norveçdə 4-1 məğlub oldu

Futbol
Bu gün, 01:54

Fənərbağça, Çempionlar Liqasında 18 illik geridönüş məğlubiyyətini sona erdi

Futbol
Bu gün, 01:37

Real Madrid məşqçisi Mourinyo: 'Valverde'dən qapıya zərbə vurmasını istəmədim'

Basketbol
Bu gün, 01:29

Neftçi basketbolu: Müsibət məğlubiyyətdə də güclü xarakterimiz var

Futbol
Bu gün, 01:14

Kilian Mbappe UEFA Çempionlar Liqasında 74-cü qolunu vurdu

Futbol
Bu gün, 00:51

“Yuventus” “Mançester Yunayted”in sloveniyalı forvardı Benjamin Şeşkodur transfer etmək istəyir

Futbol
Bu gün, 00:41

Velko Simic’in sakatlanması ‘Sabah’ın heyətində itki yaradır

Futbol
Bu gün, 00:32

“Barselona” Rafinya Diası ilə 2030-cu il iyun 30-dək müqavilə imzaladı

Futbol
Dünən, 23:51

Romero, Atletico'nun Barcelona qarşısında oynayacaq qarşılaşmada zərbə səbəbindən iştirak etməyəcək

Futbol
Dünən, 23:40

Denis Zakaria, Monako kapitanı, dünyanın ən yaxşı futbolçusunu Lamin Yamal olaraq təyin etdi

Futbol
Dünən, 23:25

Arsenal’a transfer olacağı planlaşdırılan gürcü futbolçu ciddi zədə aldı

Futbol
Dünən, 23:24

Ansu Fati 2026-cı il zədəsi ilə sahədə olmayacaq

Futbol
Dünən, 22:54

Vinicius Junior Çempionlar Liqası oyunundan əvvəl dəhşətli xatirə anında göz yaşı süzdü

Futbol
Dünən, 22:48

Vikinq və Sabah komandalarının UEFA Çempionlar Liqası IV turu üçün start heyətləri;

Futbol
Dünən, 22:43

Fransa polisi Qızıl top mərcində şübhə araşdırır

Futbol
Dünən, 22:17

Braziliyada futbol yarımfinalında 53 qırmızı vərəqə ilə kütləvi dava başladı

Futbol
Dünən, 22:03

Cerrard Cud Bellinqemi Zidanla müqayisə edir, onu dünyanın ən yaxşı 11-ə daxil edərdi

Futbol
Dünən, 21:45

De Yonq əsas heyətə qayıtmaq istəyir, lakin Flik hələ qərar vermir

Digər
Dünən, 21:28

Kəpəz Regional Expo Gəncə 2026 sərgisinə qatılacaq

Futbol
Dünən, 21:22

Premyer Liqanın doqquzuncu turunun ən yaxşı futbolçusu “Çelsi”ninstrat Romelo Laviya seçilib

Gimnastika
Dünən, 21:17

Azərbaycan gimnastları dünya çempionatında uğurlu start etdilər

Futbol
Dünən, 21:07

Rafael Benites Premier Liqaya qayıtmaq istədiyini elan etdi, uyğun layihə tapmaq çətinlik yaradır

Voleybol
Dünən, 20:59

Superliqa III turu başladı: Ordu 3:0 Azərreyl

Futbol
Dünən, 20:53

Real Madridə verilən penalti səhvən qərarlandı

Oxşar xəbərlər