Fabio Kannavaro "Udineze"nin baş məşqçisi vəzifəsini tərk edib.
İdman.biz xəbər verir ki, veteran futbolçu bu barədə sosial şəbəkədə paylaşım edib.
50 yaşlı mütəxəssis klub prezidenti ilə görüşdən sonra vəzifəsindən azad edildiyi xəbəri alıb. Kannavaro "Udineze" və klubun azarkeşlərinə uğurlar arzulayıb.
Qeyd edək ki, Fabio aprel ayından komandaya rəhbərlik edib. Udinelilər onun rəhbərliyi ilə 6 oyunda 2 qələbə qazanıb, 3 dəfə heç-heçə oyanyıb və 1 dəfə uduzub. "Udineze" son turda A Seriyasında qalmaq vəzifəsinin öhdəsindən gəlib (15-ci yer).
İdman.biz