"Qarabağ" klubunun zədələnən futbolçusu Kamilo Duran komanda ilə məşqlərə başlayacaq.
İdman.Biz xəbər verir ki, bu barədə Ağdam təmsilçisindən məlumat yayıb.
"Klubun tibbi heyəti UEFA Çempionlar Liqasının pley-off mərhələsində "Nyukasl" ilə cavab oyununda zədələnən Kamilo Duranın vəziyyətinin yaxşı olduğunu açıqlayıb. Futbolçu komanda ilə məşqlərə başlayacaq", - deyə klubdan bildirilib.
Qeyd edək ki, kolumbiyalı oyunçu İngiltərədə 2:3 hesabı ilə məğlub olduqları matçın ikinci hissəsində sıradan çıxıb.