top
Kadi Borqes: Meydanda maksimumu göstərmək əsasdır, nəticə Allahın əlindədir - VİDEO Idman.biz
02 fevral 2026, 12:40
- ↺ +

Kadi Borqes: "Meydanda maksimumu göstərmək əsasdır, nəticə Allahın əlindədir" - VİDEO

"Artıq meydanlara həm fiziki, həm də psixoloji baxımdan daha güclü şəkildə dönmək lazımdır. İnanıram ki, bu mərhələnin də öhdəsindən gələ biləcəyəm".

İdman.Biz xəbər verir ki, bu sözləri "Qarabağ"ın braziliyalı futbolçusu Kadi Borqes jurnalistlərə açıqlamasında deyib.

30 yaşlı futbolçu üç aylıq fasilədən sonra Azərbaycan Premyer Liqasının 18-ci turu çərçivəsində "Turan Tovuz"a qarşı keçirilən və 1:0 hesabı ilə başa çatan görüşdə meydana çıxıb. Uzun müddət yaşıl meydanlardan kənarda qalmasına toxunan Kadi Borqes həmin dövrü çətin adlandırıb:

"Zədə səbəbindən keçirdiyim müddət mənim üçün ağır oldu. Amma bu, idmançı həyatının bir hissəsidir. Belə məqamları qəbul edib irəliləmək lazımdır".

Braziliyalı futbolçu UEFA Çempionlar Liqasının pley-off mərhələsində İngiltərənin "Nyukasl" klubu ilə qarşılaşma barədə də fikirlərini bölüşüb:

"Düşünmürəm ki, diqqətimizi yalnız onları keçib-keçməyəcəyimizə yönəltməliyik. Əsas məsələ meydanda sona qədər mübarizə aparmaq və imkanlarımızın maksimumunu göstərməkdir. Alınacaq, yoxsa yox, hər şey Allahın əlindədir. Çünki bu məsələlər bizim nəzarətimiz altında deyil".

Qeyd edək ki, "Qarabağ" fevralın 18-də Bakıda Tofiq Bəhramov adına Respublika stadionunda "Nyukasl"ı qəbul edəcək. Tərəflər arasında cavab qarşılaşması bir həftə sonra İngiltərədə "Sent Ceyms Park" arenasında keçiriləcək.

Birev — ev elanları, mənzil, həyət evi, torpaq, ofis | Daşınmaz əmlak platforması
Qarabağ FK

Son xəbərlər

Futbol
Bu gün, 00:40

“Mançester Yunayted” Premyer Liqada aşağı zona sürükləndi

Güləş
Bu gün, 00:33

Neftçi İdman Klubu Zəfər Gününə həsr etdiyi güləş turnirində 60‑dan çox gənc idmançı yarışdı

Qarabağ FK
Bu gün, 00:01

8 Noyabr – Azərbaycanın Zəfər Günü: Şuşa azadiyyəsi və 44 günlük Vətən müharibəsinin qələbəsi

Cüdo
Dünən, 23:29

Bakıda 215 cüdoçu yarışdı: ilk günün qalibləri müəyyənləşdi

Futbol
Dünən, 23:24

Transavia 7C oturacaqlarını Ronaldun adı ilə dəyişdirdi, ləğv etmədi

Futbol
Dünən, 23:09

“Atletiko”da Ademola Lukman üçün təlim kampı

Futbol
Dünən, 23:06

Rüfat Abdullazadə ilə Ironi Kiryat‑Smona Hapoel Haifayı 2‑0 məğlub etdi

Digər
Dünən, 22:54

Dünya Atletikası 2026-ci İlin Ədalətli Oyun Mükafatının Finalçılarını Açıqladı

Futbol
Dünən, 22:39

Rüfət Abdullazadə ilə Kiryat Şmona 2:0 Hapoel Hayfaya qalib gəldi

Futbol
Dünən, 22:29

Harri Keyn Bundesliqada ilk doqquz matçda 8 assistlə rekord qırdı

Futbol
Dünən, 22:06

"Arsenal" 10-cu turda Hallı 1:0 məğlub etdi, 27 xal topladı – tarixində ikinci dəfə

Futbol
Dünən, 21:44

Rəşad Sadıqov: "Qəbələ" üzərindəki 2:1-lik qələbəni taktiki dəyişikliklərlə əldə etdik

Futbol
Dünən, 21:41

"Zirə" baş məşqçisi Rəşad Sadıqov: "Ümid edirdik ki, ikinci hissədə tam görmək istədiyimiz "Zirə"ni izləyəcəyik"

Futbol
Dünən, 21:35

Qəbələ Baş məşqçisi məğlubiyyətdə son 20 dəqiqə çətinliklərdən bəhs etdi

Basketbol
Dünən, 21:29

Neftçi, NTD-ni 82:63 ilə məğlub etdi

Futbol
Dünən, 21:25

Bekiri: Rəqiblə başabaş mübarizə apardıq

Futbol
Dünən, 21:16

“Komo” baş məşqçisi Fabreqas: “İnter” İtaliyanın ən güclü komandasıdır, sensasiya yarada bilərik

Futbol
Dünən, 20:58

Şəfa klubunda Vətən müharibəsi iştirakçılarına diqqət

Futbol
Dünən, 20:50

Şəfa vs Araz‑Naxçıvan 4 qol vuruldu - Video

Futbol
Dünən, 20:39

Bavariya Noyeri yaralı, Borussia 2-1 qələbə qazanıb

Futbol
Dünən, 20:38

Al-Nasr Joao Felix'i Barcelona'dan koruyacaq: 50 milyon avroya ulaşacaq

Futbol
Dünən, 20:13

Zaur Həşimov: "Şəfa"nın "Araz-Naxçıvan"la heç-heçə etdiyi oyunda dörd xalın əlimizdən alındığını düşünürəm [video]

Futbol
Dünən, 20:00

Kalyari 1-0 ilə Frozinone’yi məğlub edərək dörd ardıcıl məğlubiyyətdən çıxdı

Futbol
Dünən, 19:56

Əvəzedicilər Liqası: "Şamaxı-2" səfərdə "İmişli-2"ni 4:2 hesabı ilə məğlub etdi

Oxşar xəbərlər