İtaliyanın "Yuventus" futbol komandası yanvar transfer pəncərəsi öncəsi müdafiə xəttini gücləndirmək üçün namizədlər üzərində işləyir.
İdman.Biz xəbər verir ki, Turin təmsilçisinin transfer siyahısına "Atalanta"nın sol cinah müdafiəçisi Lorenso Bernaskoni də daxil edilib.
22 yaşlı futbolçu "Yuventus"un sol cinahda rəqabəti artırmaq üçün nəzərdən keçirdiyi variantlardan biridir.