Portuqaliyanın "Benfika" klubu Joze Mourinyonu baş məşqçi postuna təyin etdiklərini açıqlayıb.
"Report" xəbər verir ki, bu barədə klubun mətbuat xidməti məlumat yayıb.
Lissabon təmsilçisi ilə 62 yaşlı mütəxəssis arasında imzalanan müqavilənin müddəti 2026/2027 mövsümünün sonuna qədər davam edəcək.