top
İtaliya A Seriyası: Yuventus Parmanı məğlub etdi, İnter qələbə qazandı, digər oyunlar Idman.biz
02 fevral 2026, 01:49
- ↺ +

İtaliya A Seriyası: "Yuventus" "Parma"nı məğlub etdi, "İnter" qələbə qazandı, digər oyunlar

İtaliya A Seriyasının 23-cü turu çərçivəsində "Parma" və "Yuventus" komandaları arasında keçirilən oyun Turin klubunun inamlı qələbəsi ilə yekunlaşıb.

İdman.Biz xəbər verir ki, qarşılaşmada "Yuventus" 4:1 hesabı ilə qalib gəlib. Matçın hesabını 15-ci dəqiqədə qonaqların müdafiəçisi Bremer açıb. 37-ci dəqiqədə Ueston Makkeni fərqi iki topa çatdırıb.

İkinci hissənin əvvəlində "Yuventus" üçün xoşagəlməz məqam yaşanıb. 51-ci dəqiqədə Andrea Kambyaso topu öz qapısına göndərib. Lakin cəmi üç dəqiqə sonra Bremer yenidən fərqlənərək dubla imza atıb. 64-cü dəqiqədə isə hücumçu Conatan Devid hesabı 4:1 edərək oyunda son nöqtəni qoyub.

Bu nəticədən sonra "Yuventus" 23 oyunda 45 xal toplayaraq turnir cədvəlində dördüncü pillədə qərarlaşıb. Lider "İnter"lə xal fərqi 10-dur. "Parma" isə 23 xalla 16-cı yerdədir.

23:34

İtaliya A Seriyasında 23-cü turun oyunu çərçivəsində "İnter" səfərdə "Kremoneze"yə qalib gəlib.

İdman.Biz xəbər verir ki, qarşılaşma "nerazzurri"nin 2:0 hesablı qələbəsi ilə başa çatıb. Oyunda hesab 16-cı dəqiqədə argentinalı hücumçu Lautaro Martinesin qolu ilə açılıb. 31-ci dəqiqədə Pyotr Zelinski fərqi iki topa çatdırıb.

Bu nəticə ilə "İnter" 23 oyundan sonra 55 xal toplayaraq A Seriyasının turnir cədvəlində birinci pillədə qərarlaşıb. "Kremoneze" isə 23 xalla 15-ci yerdə qalıb.

20:07

İtaliya Seriya A-da 23-cü turun oyununda "Komo" doğma meydanda "Atalanta"nı qəbul edib. Qarşılaşma 0:0 hesablı heç-heçə ilə yekunlaşıb.

İdman.Biz xəbər verir ki, matçın səkkizinci dəqiqəsində qonaq komandanın müdafiəçisi Onest Ahanor birbaşa qırmızı vərəqə alaraq meydandan kənarlaşdırılıb. Buna baxmayaraq, "Atalanta" uzun müddət azlıqda mübarizə aparsa da, hesabı qoruyub saxlaya bilib.

Turun nəticəsindən sonra "Komo" 41 xalla turnir cədvəlində altıncı pillədə qərarlaşıb. "Atalanta" isə 36 xalla yeddinci sırada yer alır.

Növbəti turda fevralın 9-da "Atalanta" evdə "Kremoneze" ilə qarşılaşacaq.

Bu tur çərçivəsində həmin gün "Komo" komandası "Milan" ilə səfər oyunu keçirməli idi, lakin qarşılaşma müəyyən edilməmiş vaxta təxirə salınıb.

Oyunun Avstraliyanın Pert (Perth) şəhərində keçirilməsi planlaşdırılırdı, lakin Asiya Futbol Konfederasiyası (AFC) və digər qurumların irəli sürdüyü şərtlər, həmçinin maliyyə riskləri səbəbindən bu görüş nəzərdə tutulan tarixdə baş tutmayacaq.

18:38

İtaliya çempionatının Seriya A turnirinin 23-cü turunda "Torino" doğma meydanda "Leççe" ilə qarşılaşıb və 1:0 hesablı qələbə əldə edib.

İdman.Biz xəbər verir ki, oyunda yeganə qol 29-cu dəqiqədə meydan sahiblərinin hücumçusu Çe Adams tərəfindən vurulub.

Bu nəticədən sonra "Torino" 26 xalla turnir cədvəlində 13-cü pillədə qərarlaşıb. "Leççe" isə 18 xalla 17-ci yerdədir.

Növbəti turda "Torino" səfərdə "Fiorentina" ilə üz-üzə gələcək, "Leççe" isə öz meydanında "Udineze"ni qəbul edəcək.

Birev — ev elanları, mənzil, həyət evi, torpaq, ofis | Daşınmaz əmlak platforması
Qarabağ FK

Son xəbərlər

Güləş
Bu gün, 00:56

Nihad Süleymanlı gümüş medal qazandığını, finalda bir anlıq səhv etdiyini açıqladı

Futbol
Bu gün, 00:40

“Mançester Yunayted” Premyer Liqada aşağı zona sürükləndi

Güləş
Bu gün, 00:33

Neftçi İdman Klubu Zəfər Gününə həsr etdiyi güləş turnirində 60‑dan çox gənc idmançı yarışdı

Qarabağ FK
Bu gün, 00:01

8 Noyabr – Azərbaycanın Zəfər Günü: Şuşa azadiyyəsi və 44 günlük Vətən müharibəsinin qələbəsi

Cüdo
Dünən, 23:29

Bakıda 215 cüdoçu yarışdı: ilk günün qalibləri müəyyənləşdi

Futbol
Dünən, 23:24

Transavia 7C oturacaqlarını Ronaldun adı ilə dəyişdirdi, ləğv etmədi

Futbol
Dünən, 23:09

“Atletiko”da Ademola Lukman üçün təlim kampı

Futbol
Dünən, 23:06

Rüfat Abdullazadə ilə Ironi Kiryat‑Smona Hapoel Haifayı 2‑0 məğlub etdi

Digər
Dünən, 22:54

Dünya Atletikası 2026-ci İlin Ədalətli Oyun Mükafatının Finalçılarını Açıqladı

Futbol
Dünən, 22:39

Rüfət Abdullazadə ilə Kiryat Şmona 2:0 Hapoel Hayfaya qalib gəldi

Futbol
Dünən, 22:29

Harri Keyn Bundesliqada ilk doqquz matçda 8 assistlə rekord qırdı

Futbol
Dünən, 22:06

"Arsenal" 10-cu turda Hallı 1:0 məğlub etdi, 27 xal topladı – tarixində ikinci dəfə

Futbol
Dünən, 21:44

Rəşad Sadıqov: "Qəbələ" üzərindəki 2:1-lik qələbəni taktiki dəyişikliklərlə əldə etdik

Futbol
Dünən, 21:41

"Zirə" baş məşqçisi Rəşad Sadıqov: "Ümid edirdik ki, ikinci hissədə tam görmək istədiyimiz "Zirə"ni izləyəcəyik"

Futbol
Dünən, 21:35

Qəbələ Baş məşqçisi məğlubiyyətdə son 20 dəqiqə çətinliklərdən bəhs etdi

Basketbol
Dünən, 21:29

Neftçi, NTD-ni 82:63 ilə məğlub etdi

Futbol
Dünən, 21:25

Bekiri: Rəqiblə başabaş mübarizə apardıq

Futbol
Dünən, 21:16

“Komo” baş məşqçisi Fabreqas: “İnter” İtaliyanın ən güclü komandasıdır, sensasiya yarada bilərik

Futbol
Dünən, 20:58

Şəfa klubunda Vətən müharibəsi iştirakçılarına diqqət

Futbol
Dünən, 20:50

Şəfa vs Araz‑Naxçıvan 4 qol vuruldu - Video

Futbol
Dünən, 20:39

Bavariya Noyeri yaralı, Borussia 2-1 qələbə qazanıb

Futbol
Dünən, 20:38

Al-Nasr Joao Felix'i Barcelona'dan koruyacaq: 50 milyon avroya ulaşacaq

Futbol
Dünən, 20:13

Zaur Həşimov: "Şəfa"nın "Araz-Naxçıvan"la heç-heçə etdiyi oyunda dörd xalın əlimizdən alındığını düşünürəm [video]

Futbol
Dünən, 20:00

Kalyari 1-0 ilə Frozinone’yi məğlub edərək dörd ardıcıl məğlubiyyətdən çıxdı

Oxşar xəbərlər