top
İtaliya A Seriyası: Torino Veronanı, Fiorentina Kremonezeni, Napoli isə Latsionu məğlub edib Idman.biz
04 yanvar 2026, 23:45
- +

İtaliya A Seriyası: "Torino" "Verona"nı, "Fiorentina" "Kremoneze"ni, "Napoli" isə "Latsio"nu məğlub edib

"Torino" İtaliya A Seriyasının 18-ci turunda səfərdə "Verona"nı 3:0 hesabı ilə məğlub edib.

İdman.Biz xəbər verir ki, qonaqların heyətində qolları Covanni Simeone, Çezare Kazadei və Alyu Nji vurublar.

Bu qələbə sayəsində "Torino" 23 xalla 2025/26 mövsümü İtaliya çempionatının turnir cədvəlində 11-ci yerə yüksəlib. "Verona" isə 12 xalla 18-ci pillədədir.

Növbəti turda "Torino" yanvarın 7-də öz meydanında "Udineze"ni qəbul edəcək, "Verona" isə həmin gün səfərdə "Napoli" ilə qarşılaşacaq.

21:05

"Fiorentina" A Seriyasının 18-ci turunun ev matçında "Kremoneze"ni 1:0 hesabı ilə məğlub edib.

İdman.Biz xəbər verir ki, görüşdə yeganə qolu 90+2-ci dəqiqədə meydan sahiblərinin hücumçusu Moyze Kin vurub.

"Fiorentina" İtaliya çempionatının turnir cədvəlində 12 xalla 19-cu yerə yüksəlib. Bu qələbə 2025/26 mövsümündə komanda üçün A Seriyasında ikinci olub. "Kremoneze" isə 21 xalla 12-ci pillədə qərarlaşıb.

Növbəti turda "Fiorentina" yanvarın 7-də səfərdə "Latsio" ilə qarşılaşacaq, "Kremoneze" isə yanvarın 8-də öz meydanında "Kalyari"ni qəbul edəcək.

17:59

İtaliyanın "Napoli" klubu A Seriyasının 18-ci turunda səfərdə "Latsio" üzərində inamlı qələbə qazanıb.

İdman.Biz xəbər verir ki, Roma şəhərindəki "Olimpiko" stadionunda keçirilən qarşılaşma Neapol təmsilçisinin 2:0 hesablı qələbəsi ilə başa çatıb.

Hesab oyunun 13-cü dəqiqəsində qonaqların müdafiəçisi Leonardo Spinatsolanın qolu ilə açılıb. 32-ci dəqiqədə isə Amir Rrahmani fərqi iki topa çatdırıb.

Matçın gedişində sərt mübarizə və qırmızı vərəqələr də olub. 81-ci dəqiqədə "Latsio"nun hücumçusu Teyanni Noslin birbaşa qırmızı vərəqə alıb. 88-ci dəqiqədə isə Roma klubunun müdafiəçisi Adam Maruşiç və "Napoli"nin futbolçusu Paskuale Matsokki meydandan qovulub.

Bu nəticədən sonra "Latsio" 18 turdan sonra 24 xalla turnir cədvəlinin doqquzuncu pilləsində qərarlaşıb. 17 oyunda 37 xal toplayan "Napoli" isə ikinci pilləyə yüksəlib. Çempionata 17 oyundan sonra 38 xalı olan "Milan" liderlik edir.

Birev — ev elanları, mənzil, həyət evi, torpaq, ofis | Daşınmaz əmlak platforması
Qarabağ FK

Son xəbərlər

Digər
Bu gün, 18:31

Bişkekdə “6-cı Dünya Köçəri Oyunları”nın açılış mərasimində Prezident İlham Əliyev iştirak edir

Olimpiada
Bu gün, 18:31

Bişkekdə “6-cı Dünya Köçəri Oyunları”nın açılış mərasimində Azərbaycan Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyeva iştirak etdi

Futbol
Bu gün, 18:29

Almaniya U‑19 yarımmüdafiəçisi Mirza Katović 3,5 milyon avro ilə Barcelona B‑yə icarəyə verilir

Futbol
Bu gün, 18:28

“Yuventus” “Nyukasl”ın hücumçusu Nik Völtemadenlə transfer danışıqları aparır

Güləş
Bu gün, 18:13

Bişkekdə dünya çempionu Gözəl Zutova özündən 50 kq ağır rəqibini məğlub etdi

Futbol
Bu gün, 18:00

Araz‑Naxçıvan ilə Sabah arasında Misli Premyer Liqasının 3‑cü turu başlandı

Futbol
Bu gün, 18:00

Qəbələdə Araz‑Naxçıvan – Sabah qarşılaşması başladı

Futbol
Bu gün, 18:00

Nizami Sadıqov: Berdıyevin istefası klub rəhbərliyinin qərarıdır, Turan Tovuzun zəif oyunu məğlubiyyətə səbəb oldu

Futbol
Bu gün, 17:55

Zirə kapitanı Qismət Alıyev: “İndi fikrimiz ancaq “Sabah”la oyundadır”

Futbol
Bu gün, 17:44

“Fənərbağça” Napoli yarımmüdafiəçisini transfer etməyi düşünür, “Sabah”ın rəqibini zəiflədə bilər

Futbol
Bu gün, 17:44

Trabzonda Məhəmməd Salah üçün küçənin adı dəyişdiriləcək

Cüdo
Bu gün, 17:41

Azərbaycan cüdo komandası Polşadakı turnirdə 11 medalla birincilik qazandı

Futbol
Bu gün, 17:40

U-19 milli komandası baş məşqçisi “Sabahın Ulduzları” yarışını izləyib

Futbol
Bu gün, 17:29

Liverpool yeni qapıçı transferi – Luka Brügmans adı açıqlanıb

Futbol
Bu gün, 17:20

Qəbələnin yeni baş məşqçisi Elmar Baxşıyevdir

Futbol
Bu gün, 17:20

Liverpool Genk‑in qapıçısı Luka Brühmansa maraq göstərir

Digər
Bu gün, 17:14

Musab Məmmədtağıyev Avropa çempionatında ən yaxşı kişi ağırlıqqaldıranı seçildiyinə inanırdı

Futbol
Bu gün, 17:12

Araz‑Naxçıvan – Sabah oyununa start heyətləri təqdim olunur

Digər
Bu gün, 17:10

12-16 yaşlı məktəblilər üçün yay məktəbində kayak, kanoe və avarçəkmə təlimləri

Futbol
Bu gün, 17:06

AFFA-nın əməkdaşı Sabir İsmayılov UEFA Stadion İnspektoru vəzifəsinə təyin edildi

Futbol
Bu gün, 17:00

Sabah klubunun UEFA gəliri 20,2 milyon avro, digər üç klubun isə 2,7 milyon avro

Futbol
Bu gün, 16:59

Avrokubok matçlarından sonra “Sabah” və “Qarabağ” yerli turnirə qayıdır

Futbol
Bu gün, 16:59

Avrokubok sonrası “Sabah” və “Qarabağ” daxili arenada Araz‑Naxçıvan və Sumqayıtla qarşılaşacaq

Futbol
Bu gün, 16:55

Unai Emery: Aston Villa və Chelsea arasındakı münasibətlər gərgindir, “Onlar bizi öldürmək istəyir”

Oxşar xəbərlər