Misli Premyer Liqasının üçüncü turunda "Araz-Naxçıvan" - "Sabah" oyunu başlayır.
İdman.Biz xəbər verir ki, qarşılaşmanı Rəvan Həmzəzadə idarə edir.
17:12
"Araz-Naxçıvan" Misli Premyer Liqasının üçüncü turunda Qəbələ şəhər stadionunda "Sabah"ı qəbul edir.
İdman.Biz xəbər verir ki, komandalar saat 18:00-da start götürəcək qarşılaşmada meydana aşağıdakı heyətlərlə çıxacaq:
"Araz-Naxçıvan": 1. Artur Auqusto 7. Rövlan Muradov 26. Ömər Buludov 29. Ceyhun Nuriyev 8. Mustafa Əhmədzadə 27. Boyan Letiç 6. Patrik Andrade (k) 17. İssuf Paro 11. Mohamed Mara 5. Luka Dumançiç 19. Abdallah Sudi
Ehtiyat oyunçular: 99. Tərlan Əhmədli 14. Ülvi İsgəndərov 13. Qabil Əlizadə 22. Rəşad Həsənov 9. Ağadadaş Salyanskiy 21. İbrahim Piriyev 77. Nihat Mehralıyev 36. Mamadu Kane 12. Bruno Franko 10. Şarl Boli 23. Alberto Fernandes
Baş məşqçi: Zaur İsmayılov
"Sabah": 92. Stas Pokatilov (k) 17. Tellur Mütəllimov 10. Aleksey İsayev 6. Abdulax Xaybulaev 3. Stiv Solvet 27. Timoteuş Puxaç 13. İvan Lepiniça 11. Kahim Parris 99. Patrik Mbina 4. Eyden Makkarti 8. Kristian Nvaçukvu
Ehtiyat oyunçular: 1. Amin Ramazanov 94. Rəvan Mirzəmmədov 5. Rəhman Daşdəmirov 16. Rauf Rüstəmli 95. Şahin İbrahimov 20. Coy Lens Mikels 21. Velko Simiç 33. Junior Almeyda 88. Rodriqo Fernandeş 7. Umarali Raxmonaliyev 23. Yunes Laşaab 35. Cafet Bulus
Baş məşqçi: Valdas Dambrauskas
09:43
Bu gün futbol üzrə Misli Premyer Liqasının üçüncü turunun oyunu "Araz-Naxçıvan" "Sabah" arasında baş tutacaq.
İdman.Biz xəbər verir ki, saat 18:00-da start götürəcək qarşılaşmanı Rəvan Həmzəzadə idarə edəcək.
"Araz-Naxçıvan" bir xalla turnir cədvəlinin 11-ci pilləsində yer alıb. Üç xala malik "Sabah" isə altıncıdır.
Misli Premyer Liqası
Birinci dövrə, Üçüncü tur
31 avqust (bazar ertəsi)
18:00. "Araz-Naxçıvan" - "Sabah"
Hakimlər: Rəvan Həmzəzadə, Teymur Teymurov, Müslüm Əliyev, Vüqar Həsənli.
VAR: Kamranbəy Rəhimov.
AVAR: Zöhrab Abbasov.
Hakim-inspektor: Ömər Paşayev.
AFFA nümayəndəsi: Törə Əhmədova.
Qəbələ şəhər stadionu
Qeyd edək ki, turun daha əvvəl keçirilən matçlarında "İmişli" "Şəfa"nı (1:0), "Kəpəz" "Turan Tovuz"u (1:0), "Zirə" "Neftçi"ni (1:0) məğlub edib. "Qəbələ" - "Şamaxı" görüşü isə qolsuz yekunlaşıb.