top
İtaliya A Seriyası: Roma Torinonu, Fiorentina Bolonyanı məğlub etdi, Parma - Genoa heç-heçə etdi Idman.biz
19 yanvar 2026, 02:00
- +

İtaliya A Seriyası: "Roma" "Torino"nu, "Fiorentina" "Bolonya"nı məğlub etdi, "Parma" - "Genoa" heç-heçə etdi

İtaliyanın A Seriyasında 21-ci turun "Milan" - "Leççe" qarşılaşması başa çatıb.

İdman.Biz xəbər verir ki, görüş meydan sahiblərinin 1:0 hesablı qələbəsi ilə yekunlaşıb.

Matçda vurulan yeganə qol ikinci hissədə qeydə alınıb. 76-cı dəqiqədə "Milan"ın hücumçusu Nikolas Füllkruq fərqlənərək komandasına üç xal qazandırıb.

Bu nəticədən sonra "Milan" 21 oyundan sonra 46 xal toplayaraq turnir cədvəlində ikinci pillədə qərarlaşıb. Çempionata 49 xalla "İnter" başçılıq edir. "Leççe" isə 17 xalla 17-ci yerdədir.

Növbəti turda "Milan" yanvarın 25-də "Roma" ilə qarşılaşacaq. "Leççe" isə bir gün əvvəl "Latsio"nu qəbul edəcək.

23:19

İtaliyanın A Seriyasında 2025/2026 mövsümünün XXI turu çərçivəsində "Torino" ilə "Roma" üz-üzə gəlib.

İdman.Biz xəbər verir ki, görüş "Roma"nın 2:0 hesablı qələbəsi ilə yekunlaşıb.

Matçın 23-cü dəqiqəsində "Roma"nın hücumçusu Doniell Malen hesabı açsa da, niderlandlı futbolçunun qolu ofsayd səbəbindən ləğv edilib. Üç dəqiqə sonra Malen bu dəfə qaydaları pozmadan fərqlənib və Paulo Dibaladan aldığı ötürməni qola çevirib. İkinci hissədə, 72-ci dəqiqədə isə argentinalı yarımmüdafiəçi Paulo Dibala paytaxt klubunun üstünlüyünü artırıb.

Bu nəticədən sonra "Roma" 21 oyundan sonra 42 xal toplayaraq turnir cədvəlində dördüncü pillədə qərarlaşıb. Çempionata 49 xalla Milanın "İnter" klubu başçılıq edir. "Torino" isə 23 xalla 12-ci sırada yer alır.

20:11

İtaliya A Seriyasının 21-ci turu çərçivəsində "Bolonya" "Fiorentina"nı qəbul edib.

İdman.Biz xəbər verir ki, qarşılaşma ev sahibi komandanın açıq üstünlüyü ilə keçsə də, sevinən tərəf qonaqlar olub - 1:2.

Oyunda hesabı 19-cu dəqiqədə "Fiorentina"nın heyətindən Rolando Mandraqora açıb. İlk hissənin sonuncu dəqiqəsində qonaqlar Roberto Pikkolinin qolu ilə hesab arasındakı fərqi artırıb. "Bolonya"nın təsəlli qolu 88-ci dəqiqədə Fabbiandan gəlib.

Bu oyundan sonra "Bolonya" xallarını 30-a çatdıraraq səkkizinci pilləyə yüksəlib. "Fiorentina" isə aşağı liqaya düşmək zolağından xilas ola bilmir - 17 xalla 18-ci pillə.

17:39

İtaliya A Seriyasının 21-ci turu çərçivəsində "Parma" "Genoa"nı qəbul edib.

İdman.Biz xəbər verir ki, bərabər şəraitdə keçən oyunda qalib müəyyənləşməyib. Matç qolsuz heç-heçə ilə başa çatıb.

21 oyundan sonra 23 xal toplayan "Parma" turnir cədvəlində 13-cü yerdədir. "Genoa" isə 20 xalla 16-cı pillədə qərarlaşıb.

Birev — ev elanları, mənzil, həyət evi, torpaq, ofis | Daşınmaz əmlak platforması
Qarabağ FK

Son xəbərlər

Digər
18 avqust 2026, 12:31

“Azərsun Holdinq”in sponsorluğu ilə Vikipediyanın 25 illik yubileyinə həsr olunan beynəlxalq düşərgə

Futbol
17 avqust 2026, 12:24

"Sumqayıt"ın ev məğlubiyyətləri 100-ə çatdı

Basketbol
17 avqust 2026, 11:20

Neftçi Azərbaycan millisinin gənc basketbolçusunu transfer edib

Futbol
17 avqust 2026, 10:20

Nyukasl „Vilyarreal“dan Jorj Mikautadzeni transfer etməyə çalışır

Futbol
17 avqust 2026, 09:25

Arsenalın baş məşqçisi Mikel Arteta Premyer Liqada çempion titulunu qorumaq haqqında danışdı

Futbol
17 avqust 2026, 09:20

Portuqaliya çempionatında oyun təxirə salınıb

Qarabağ FK
17 avqust 2026, 09:10

Rodriqo 2027-ci ilin əvvəlinə qədər “Real”da meydana çıxa bilməyəcək

Qarabağ FK
17 avqust 2026, 09:00

Qarabağ Şamaxı ilə qarşılaşır

Futbol
17 avqust 2026, 08:40

Arsenalın müdafiəçisi İngiltərə Super Kubokunda ən sərfəli qolun müəllifi olub

Futbol
17 avqust 2026, 08:20

Yuventus Tottenhemin qoluçusunu icarəyə götürür

Futbol
17 avqust 2026, 08:00

Şotlandiya milli komandasının yeni baş məşqçisi Sebastyen Pokonyoli oldu

Futbol
17 avqust 2026, 07:15

Sebastyan Pokonyoli Şotlandiya milli komandasının yeni baş məşqçisi təyin edilib

Futbol
17 avqust 2026, 06:14

Joze Mourinyo yoldaşlıq matçında zərbədən göyəribeb

Futbol
17 avqust 2026, 05:20

Ceymi Vardi Braziliyada karyerasını davam etdirə bilər

Futbol
17 avqust 2026, 04:18

Kriştianu Ronaldu və Corcina Rodrigesin toy mərasimi keçirib

Futbol
17 avqust 2026, 03:13

Mikel Arteta İngiltərə Superkubokunda “Arsenal”ı məğlubiyətə uğratdı

Futbol
17 avqust 2026, 02:05

Pari Sen-Jermen altıncı dəfə Fransa Superkubokunu uduzub

Futbol
17 avqust 2026, 01:47

Latsio İtaliya Kubokundan kənarlaşdı

Futbol
17 avqust 2026, 01:26

Rüfət Abdullazadənin komandası Toto Kubokunun yarımfinalında məğlub olub

Futbol
17 avqust 2026, 01:06

Rəşad Sadıqov “Şəfa” ilə matç haqqında danışdı

Futbol
17 avqust 2026, 00:48

Zirə Şəfanı 2:0 hesabı ilə məğlub etdi

Futbol
17 avqust 2026, 00:48

Zirə „Şəfa“ı məğlub etdi

Futbol
17 avqust 2026, 00:45

Lans Fransa Superkubokunu qazandı

Futbol
17 avqust 2026, 00:25

Türkiyə Superliqası: Nəriman Axundzadə debüt edib, “Beşiktaş” çətin qələbə qazanıb

Oxşar xəbərlər