İspaniya millisi AVRO-2024-dəki ilk oyununa itki ilə çıxacaq. Sport24.az xəbər verir ki, bunu komandanın baş məşqçisi Luis de la Fuente açıqlayıb.
O bildirib ki, Emerik Laport birinci turu buraxacaq. Müdafiəçi Xorvatiyaya qarşı oynamayacaq: "Laport zədələnməyib. Amma bəzi problemləri var. Qərara gəldim ki, risk etməyək. Bu üzdən də Emerik oynamayacaq".
Qeyd edək ki, İspaniya və Xorvatiya arasında matç bu gün saat 20:00-da keçiriləcək.