DÇ-2026-nın qrup mərhələsində Belçika və İran yığmaları arasında keçirilən G qrupunun matçının ən yaxşı futbolçusu müəyyənləşib.
İdman.Biz xəbər verir ki, İran millisinin qapıçısı Əlirza Beyranvənd oyunun ən yaxşısı adına layiq görülüb.
Təbrizin "Traktor" klubunda çıxış edən qolkiper görüş ərzində komandasını bir neçə dəfə real qol təhlükəsindən xilas edib. Onun inamlı oyunu İran yığmasının Belçika ilə matçdan xal qazanmasında əsas amillərdən biri olub.
Qarşılaşma 0:0 hesabı ilə başa çatıb.