İspaniya millisinin sabiq yarımmüdafiəçisi Andres İnyesta "sizin üçün tarixin ən yaxşı futbolçusu kimdi" sualını cavablandırıb. Sport24.az "Infosfcb"-yə istinadən xəbər verir ki, ispaniyalı veteran sabiq komanda yoldaşının adını çəkib:
"Tarixin ən yaxşı futbolçusu kimdir? Lionel Messi! Düşünürəm ki, o, ən yaxşısıdır".
Qeyd edək ki, Messi karyerası ərzində 8 dəfə "qızıl top"u qazanıb.