top
İnter, Napoli, Roma və Komo Çempionlar Liqasında, Yuventus və Milan Avropa Liqasında: Seriya A-da Avroliqalar vəziyyəti aydınlaşdı Idman.biz
25 may 2026, 02:01
- ↺ +

"İnter", "Napoli", "Roma" və "Komo" Çempionlar Liqasında, "Yuventus" və "Milan" Avropa Liqasında: Seriya A-da Avroliqalar vəziyyəti aydınlaşdı

İtaliyanın "Yuventus" futbol komandası Seriya A-nın 38-ci turunda "Torino" ilə 2:2 hesablı heç-heçə edib.

İdman.Biz xəbər verir ki, Turin derbisində hesabı qonaqlar açıb. 24-cü dəqiqədə Kefren Türam-Ülyenin ötürməsindən sonra Düşan Vlahoviç "Yuventus"u önə keçirib.

Fasiləyədək hesab dəyişməyib. 54-cü dəqiqədə Vlahoviç bir daha fərqlənərək dublunu rəsmiləşdirib və "qoca sinyora"nın üstünlüyünü iki topa çatdırıb.

Buna baxmayaraq, "Torino" oyundan qopmayıb. 60-cı dəqiqədə Çezare Kazadey fərqi azaldıb. Daha sonra Çe Adams meydan sahiblərini məğlubiyyətdən xilas edib.

Bu nəticədən sonra "Yuventus" mövsümü 69 xalla altıncı pillədə başa vurub. "Torino" isə 45 xalla 12-ci sırada qərarlaşıb.

A Seriyasının sonuncu - 38-ci turunun nəticələrinə əsasən B Seriyasına düşən komandalar "Kremoneze", "Verona" və "Piza" oldu.

Turnir cədvəlinin ilk yeddi pilləsində qərarlaşan komandalar üçün də avroliqalarla bağlı vəziyyət aydındır. "İnter", "Napoli", "Roma" və "Komo" UEFA Çempionlar Liqasının qrup mərhələsinə vəsiqə qazanıblar. "Yuventus" və "Milan" isə Avropa Liqasının qrup mərhələsində mübarizə aparmalı olacaqlar. "Atalanta" Konfrans Liqasının seçmə mərhələsində qüvvəsini sınayacaq.

01:13

Futbol üzrə İtaliya A Seriyasının 38-ci - son turunda mövsümün əsas suallarından bəzilərinə cavab tapılıb.

İdman.Biz xəbər verir ki, "Roma" səfərdə "Verona"nı 2:0 hesabı ilə məğlub edərək Çempionlar Liqasına vəsiqə qazanıb. Rim təmsilçisi üçün qələbə vacib idi və komanda ikinci hissədə rəqibin azlıqda qalmasından istifadə edib.

"Verona"nın futbolçusu Nikolas Valentini 50-ci dəqiqədə qırmızı vərəqə alıb. Bundan altı dəqiqə sonra Paulo Dibalanın ötürməsindən sonra Donyell Malen hesabı açıb. Əlavə olunmuş vaxtda Stefan El-Şaaravi yekun hesabı müəyyənləşdirib - 2:0. "Roma" mövsümü 73 xalla üçüncü pillədə başa vurub. "Verona" isə 21 xalla 19-cu olub.

Son turda "Milan" doğma meydanda "Kalyari"yə 1:2 hesabı ilə uduzub. "Rossoneri" ikinci dəqiqədə önə keçib. Santyaqo Ximenesin ötürməsindən sonra Aleksis Salemakers fərqlənib. Qonaqlar qısa müddət sonra Cennaro Borrellinin qolu ilə hesabı bərabərləşdiriblər. 57-ci dəqiqədə Xuan Rodriqes "Kalyari"nin ikinci qolunu vurub.

Massimiliano Alleqrinin komandası məğlubiyyətdən qaça bilməyib. "Milan" mövsümü 70 xalla altıncı pillədə tamamlayıb. "Kalyari" isə 43 xalla 14-cü yeri tutub.

Aşağı liqaya düşmə mübarizəsində də yekun qərar verilib. "Kremoneze" elitada qalmaq üçün "Komo" ilə oyunda müsbət nəticə qazanmalı və "Leççe"nin xal itirməsinə ümid etməli idi. Lakin komanda "Komo"ya 1:4 hesabı ilə məğlub olub.

Bununla belə, "Kremoneze" qələbə qazansaydı belə, elitada qala bilməyəcəkdi. Çünki "Leççe" öz meydanında "Cenoa"nı 1:0 hesabı ilə məğlub edib. "Leççe" 38 xal toplayaraq mövsümü 17-ci yerdə bitirib və Seriya A-da qalıb.

22:11

İtaliyanın "Napoli" futbol komandası Seriya A-nın 38-ci turunda "Udineze"yə 1:0 hesabı ilə qalib gəlib.

İdman.Biz xəbər verir ki, qarşılaşma Neapoldakı "Dieqo Armando Maradona" stadionunda keçirilib. Görüşdə yeganə qol 24-cü dəqiqədə vurulub. Kevin de Bröynenin ötürməsindən sonra Rasmus Hoylund fərqlənib.

"Udineze" ikinci hissədə azlıqda qalıb. Kristian Kabasel 62-ci dəqiqədə sarı vərəqə alıb, 64-cü dəqiqədə isə meydandan qovulub.

Say üstünlüyünə baxmayaraq, "Napoli" hesabı artıra bilməyib və matç 1:0 hesabı ilə başa çatıb.

Bu qələbədən sonra Antonio Kontenin komandası mövsümü 38 oyuna 76 xalla ikinci pillədə tamamlayıb. Neapol təmsilçisi Seriya A-da gümüş mükafatçı olub. "Udineze" isə 50 xalla 10-cu yeri tutub.

19:06

İtaliyanın "Parma" futbol komandası A Seriyasının 38-ci turunda "Sassuolo" ilə qarşılaşıb.

İdman.Biz xəbər verir ki, meydan sahibləri oyundan 1:0 hesablı qələbə ilə ayrılıblar.

Görüşün birinci hissəsi gərgin mübarizə şəraitində keçib. Baş hakim yeddinci dəqiqədən 30-cu dəqiqəyə qədər futbolçulara dörd sarı vərəqə göstərib. Buna baxmayaraq, fasiləyədək hesab açılmayıb.

Matçın taleyi 80-ci dəqiqədə həll olunub. Pontus Almkvist məhsuldar ötürmə ilə yadda qalıb, Mateo Pelleqrino isə topu qapıdan keçirərək "Parma"ya qələbə qazandırıb.

Bu nəticədən sonra "Parma" xallarının sayını 45-ə çatdırıb və A Seriyasında 12-ci pilləyə yüksəlib. "Sassuolo" isə 49 xalla 11-ci sırada qərarlaşıb.

Birev — ev elanları, mənzil, həyət evi, torpaq, ofis | Daşınmaz əmlak platforması
Qarabağ FK

Son xəbərlər

Futbol
Bu gün, 20:29

Qəbələ-2 3-7 məğlubiyyətə düşdü

Futbol
Bu gün, 20:23

Tenerifeli hücumçu İesus de Migele ölümündən sonra vəziyyəti ilə bağlı açıqlama verən qapıçı İesus Ovono

Qarabağ FK
Bu gün, 20:01

İsveçin Höteborq şəhərində Zəfər Gününə həsr olunan şahmat turnirinin qalibləri açıqlanıb - FOTO

Digər
Bu gün, 20:00

Nazir: Azərbaycan qlobal idman yarışlarına ev sahibliyi edərək dünya idman mərkəzi kimi tanındı

Digər
Bu gün, 20:00

Fənərbaxçanın əvvəlki prezidenti Səddəddin Sarana bəraət verilib

Futbol
Bu gün, 19:38

"Şamaxı"nın futbolçusu Abdul Raşid Mumini Benin millisinə çağırılıb;

Futbol
Bu gün, 19:34

Kolumbiyalı qapıçı David Ospina 38 yaşında karyerasını başa vurdu

Futbol
Bu gün, 19:30

Manchester United'ın yarımmüdafiəçisi Kobbi Meynu PSJ-nin hədəfində

Digər
Bu gün, 19:20

New York marafonunda gənc qız finişə bir neçə kilometr qalmış öldü

Futbol
Bu gün, 19:10

“Mingəçevir” futbolçusu Həsrət Mürsəlov: “Maaş almırıq, pulsuz oynamaq istəmirik” - İDMAN.BİZ-ə açıqlama

Digər
Bu gün, 19:09

Azərbaycan yığma komandasının baş məşqçisi Orxan Mustafayev: Yanğın və xilasetmə idmanı üzrə dünya çempionatı idmançılarımız üçün böyük təcrübədir;

Futbol
Bu gün, 19:00

İtalyaın "Milan" klubunun gənc hücumçusu Franchesko Kamarda üçün "Montsa" və "Piza" klubboarı təklif göndərib

Minifutbol
Bu gün, 19:00

Lənkəranda Çexiya yığmasını qəbul edən futzal millimizin məşqçisi: "Tribunadan böyük dəstək alacağımızdan ümidlili"

Futbol
Bu gün, 18:53

"Lion" klubunun baş məşqçisi Paulo Fonseka ilə yollarını ayırdı

Futbol
Bu gün, 18:52

Xarici ekspertlər “Sabah” və “Vikinq” arasındakı çempionlar liqası mübarizəsi üçün proqnozlar veriblər

Futbol
Bu gün, 18:37

Cey-Cey Qabriel “Real Madrid”ə keçidə yaxındır: Gənc hücumçu “Mançester Yunayted”in bütün səylərinə baxmayaraq, La Liqa klubunu seçdi

Tennis
Bu gün, 18:30

İspan çempion Rafael Nadal Realın Direktorlar Şurasına təyin ediləcək

Futbol
Bu gün, 18:24

PSJ 8 dəqiqədə 4 qol vurar, Çempionlar Liqasında tarix yazdı

Futbol
Bu gün, 18:23

Yunay Emeri: "Barselona"ya 0:3 hesabı ilə məğlubiyyətimizi şərh etdi: "Hesab 0:2 olanda belə ümidimi itirməmişdim"

Futbol
Bu gün, 18:09

"Sabah"ın prezidenti Maqsud Adıgözəlov Çempionlar Liqası gəlirlərinin investisiya fonduna yönləndirilməsini açıqladı

Qarabağ FK
Bu gün, 18:05

U-19 "Qarabağ" "Dinamo"ya (Zaqreb) cavab oyununda 0:7 hesabı ilə uduzdu

Futbol
Bu gün, 18:00

Sabah'ın prezidenti: 'Çempionlar Liqasına vəsiqə qazanılsa da strateji dəyişmədik'

Minifutbol
Bu gün, 17:54

Vitali Borisov: Yerli futzalçılar üçün zamana ehtiyac var

Qarabağ FK
Bu gün, 17:54

"Qarabağ"ın U-19 komandası UEFA Gənclər Liqasında mübarizəni dayandırıb;

Oxşar xəbərlər