İngiltərə yığmasının oyunçuları Avropa çempionatı zamanı müasir izləmə cihazı olan "Oura Ring" adlı "ağıllı üzük"dən istifadə edəcəklər. Sport24.az "The Telegraph"-a istinadən xəbər verir ki, bu cihaz yuxu rejimini, bədən istiliyini, ürək parametrlərini nizamlayır.
İngiltərə nəşri baş məşqçi Qaret Sautqeytin öz işində müasir texnologiyalardan istifadə etməyi xoşladığını xüsusi vurğulayıb.
Qeyd edək ki, Sautqeytin komandası AVRO-2024-də ilk oyununu iyunun 16-da Serbiyaya qarşı keçirəcək.