"İmişli"nin yeni mövsüm öncəsi heyətini möhkəmləndirmək istiqamətində yeni transferi bəlli olub.
İdman.Biz xəbər verir ki, bu barədə klub məlumat yayıb. Bölgə təmsilçisi 24 yaşlı hücumçu Seyxan Fərəcovla 2+1 illik müqavilə imzalayıb. Son olaraq MOİK-in şərəfini qoruyan Seyxan Fərəcov bundan sonra "İmişli"nin formasını geyinəcək.
Bununla yanaşı, klub gənc qapıçı İmam Əli ilə də əməkdaşlığı davam etdirməyə qərar verib. Onun müqaviləsinin müddəti 2+1 il uzadılıb.