Bu gün Misli Premyer Liqasında IV turun daha iki oyunu keçiriləcək.
İdman.biz xəbər verir ki, günə Qubada start verilib.
"İmişli" Quba Olimpiya İdman Kompleksinin stadionunda "Sumqayıt"ı sınağa çəkir. Əvvəlki iki ev oyununu Şamaxı şəhər stadionunda keçirmiş Aran təmsilçisi indi yeni arenada ilk matçına çıxır.
Ardınca "Turan Tovuz" "Qəbələ" ilə üz-üzə gələcək. Ev sahibləri favorit olsalar da, qonaqların da xal qazanacağı istisna olunmur.
Qeyd edək ki, bir gün öncə "Araz-Naxçıvan" "Kəpəz"ə 2:0 hesabı ilə qalib gəlib. "Qarabağ" - "Zirə" oyununda qalib müəyyənləşməyib - 1:1. Tura sentyabrın 14-də yekun vurulacaq.
Misli Premyer Liqası, IV tur
13 sentyabr (şənbə)
16:30. "İmişli" – "Sumqayıt" - 0:0
Baş hakim: Tural Qurbanov
"İmişli": 33. Andrey Sinenka, 19. Azər Salahlı (k), 11. Vüsal Qənbərov, 94. Rafael Vieqaş, 10. Nikola Karaklaiç, 29. Edvin Banquera, 14. Ronaldo de Souza, 6. Yau Moses, 9. Dioqo Almeyda, 23. Dioqo Rollo, 17. Ezekiel Morqan
Ehtiyat oyunçular: 1. Hüseynəli Quliyev, 99. İmam Əli, 77. Elmir Rəhimzadə, 21. Abbas Ağazadə, 97. Xəzər Mahmudov, 5. İdris İnqilablı, 44. Həzrət İsayev, 27. Lətif Rzayev, 3. Tuncay Yusifli, 30. Xəlil Mürsəlli, 7. Luis Silvestr
Baş məşqçi: Jorj Kaşkilya
"Sumqayıt": 1. Mehdi Cənnətov, 7. Rüstəm Əhmədzadə, 8. Səbuhi Abdullazadə (k), 75. Nadir Orucov, 19. Roi Kehat, 9. Aleksandr Ramalinqom, 14. Pedro Pinto, 72. Rayan Senhadji, 23. Ronaldo Vaskez, 80. Keffel Resende, 11. Aleksa Yankoviç
Ehtiyat oyunçular: 22. Xəyal Fərzullayev, 56. Aftandil Arixov, 3. Höccət Haqverdi, 6. Rauf Rüstəmli, 21. Nihad Əhmədzadə, 47. Hüseyn Xıdırov, 66. Ruslan Əliyev, 97. Vüsal Paşayev, 10. Nikola Ninkoviç, 71. Masaki Murata, 25. Abdul Raşid
Baş məşqçi: Saşa İliç
Quba OİK stadionu
19:00. "Turan Tovuz" – "Qəbələ"
Baş hakim: Cavid Cəlilov
"Azersun Arena"
Yer | Klub | O | Q | H | M | T | X |
---|---|---|---|---|---|---|---|
1 | Araz-Naxçıvan | 4 | 3 | 1 | 0 | 7:3 | 10 |
2 | Zirə | 4 | 2 | 2 | 0 | 9:3 | 8 |
3 | Sumqayıt | 3 | 2 | 1 | 0 | 5:1 | 7 |
4 | Turan Tovuz | 3 | 2 | 0 | 1 | 3:2 | 6 |
5 | Qarabağ | 3 | 1 | 1 | 1 | 3:2 | 4 |
6 | İmişli | 3 | 1 | 1 | 1 | 1:1 | 4 |
7 | Karvan-Yevlax | 3 | 1 | 1 | 1 | 4:5 | 4 |
8 | Sabah | 2 | 1 | 0 | 1 | 2:2 | 3 |
9 | Şamaxı | 3 | 0 | 2 | 1 | 3:4 | 2 |
10 | Neftçi | 3 | 0 | 2 | 1 | 1:2 | 2 |
11 | Qəbələ | 3 | 0 | 1 | 2 | 3:5 | 1 |
12 | Kəpəz | 4 | 0 | 0 | 4 | 2:13 | 0 |
Bombardirlər: Roberto Olabe ("Turan Tovuz"), Coy-Lens Mikels ("Sabah"), Ceyhun Nuriyev ("Zirə") - hər ikisi 2 qol.
İdman.biz
Məqalədə: