Misli Premyer liqasında IV turun oyunları davam edir. Sport24.az xəbər verir ki, ikinci oyun günündə daha 2 qarşılaşma baş tutacaq.
"İmişli" Qubada "Sumqayıt"ı qəbul edəcək. Elitanın debütantı geridə qalan 3 turda heç də pis təsir bağışlamayıb. Çoxları "pələnglər"i autsayder gözündə görsə də, bölgə təmsilçisi əzmkar və intizamlı oyunu ilə çoxlarını təəccübləndirməyi bacarıb. "Sumqayıt" isə liderlər qrupunda yer alıb. "Kimyaçılar" bu gün qalib gələcəyi təqdirdə dünən "Kəpəz"i məğlub edən "Araz-Naxçıvan"la xallarını bərabərləşdirəcək və zirvəni bölüşəcək.
Qeyd edək ki, dünən baş tutan iki görüşdə "Araz-Naxçıvan" "Kəpəz"i (2:0) məyus edib. "Qarabağ" isə "Zirə" ilə (1:1) "sülh" bağlayıb.
Misli Premyer Liqası
I dövrə, IV tur
16:30. "İmişli" - "Sumqayıt" 0:0 (İkinci hissə)
Hakimlər: Tural Qurbanov, Asiman Əzizli, Eyyub İbrahimov, Kamranbəy Rəhimov
VAR: Elçin Məsiyev
AVAR: Pərvin Talıbov
Hakim-inspektor: İmanxan Sultani
AFFA nümayəndəsi: Azər Əsgərov
Quba. OİK stadionu.
"İmişli": 33. Andrey Sinenka, 19. Azər Salahlı (k), 11. Vüsal Qənbərov, 94. Rafael Vieqaş, 10. Nikola Karaklaiç, 29. Edvin Banquera, 14. Ronaldo de Souza, 6. Yau Moses, 9. Dioqo Almeyda, 23. Dioqo Rollo, 17. Ezekiel Morqan
Ehtiyat oyunçular: 1. Hüseynəli Quliyev, 99. İmam Əli, 77. Elmir Rəhimzadə, 21. Abbas Ağazadə, 97. Xəzər Mahmudov, 5. İdris İnqilablı, 44. Həzrət İsayev, 27. Lətif Rzayev, 3. Tuncay Yusifli, 30. Xəlil Mürsəlli, 7. Luis Silvestr
"Sumqayıt": 1. Mehdi Cənnətov, 7. Rüstəm Əhmədzadə, 8. Səbuhi Abdullazadə (k), 75. Nadir Orucov, 19. Roi Kehat, 9. Aleksandr Ramalinqom, 14. Pedro Pinto, 72. Rayan Senhadji, 23. Ronaldo Vaskez, 80. Keffel Resende, 11. Aleksa Yankoviç
Ehtiyat oyunçular: 22. Xəyal Fərzullayev, 56. Aftandil Arixov, 3. Höccət Haqverdi, 6. Rauf Rüstəmli, 21. Nihad Əhmədzadə, 47. Hüseyn Xıdırov, 66. Ruslan Əliyev, 97. Vüsal Paşayev, 10. Nikola Ninkoviç, 71. Masaki Murata, 25. Abdul Raşid