"İmişli" Misli Premyer Liqasının 28-ci turu çərçivəsində "Kəpəz"lə keçirilən oyunda hesabı açıb.
İdman.Biz xəbər verir ki, görüşün 38-ci dəqiqəsində Salahlı fərqlənərək komandasını önə keçirib - 0:1.
15:30
Bu dəqiqələrdə futbol üzrə Misli Premyer Liqasının 28-ci turu çərçivəsində "Kəpəz" və "İmişli" komandaları qarşılaşır.
İdman.Biz xəbər verir ki, görüş Yevlax şəhər stadionunda keçirilir.
Matçdan əvvəl "Kəpəz" 21 xalla turnir cədvəlinin 10-cu pilləsində yer alırdı. 26 xala malik "İmişli" isə doqquzuncu mövqedə qərarlaşmışdı.
09:45
Bu gün futbol üzrə Misli Premyer Liqasının 28-ci turuna iki oyunla yekun vurulur. Günün ilk qarşılaşması Yevlax şəhər stadionunda keçiriləcək.
İdman.Biz xəbər verir ki, "Kəpəz" "İmişli"nı qəbul edəcək.
Oyun saat 15:30-da başlayacaq. "Kəpəz" 21 xalla turnir cədvəlinin 10-cu pilləsində yer alıb. 26 xala malik "İmişli" isə doqquzuncudur.
Misli Premyer Liqası
Üçüncü dövrə, 28-ci tur
19 aprel
15:30. "Kəpəz" - "İmişli"
Hakimlər: Kamal Umudlu, Vüsal Məmmədov, Orxan İbişov, Namiq Bəkirov.
VAR: Elvin Bayramov.
AVAR: Rəşad Əhmədov.
Hakim-inspektor: Asim Xudiyev.
AFFA nümayəndəsi: Bəhram Qurbanov.
Yevlax şəhər stadionu