Bu gün keçiriləcək 2 oyunla Misli Premyer Liqasında V tura start veriləcək. Sport24.az xəbər verir ki, turun açılış matçı bölgədə keçiriləcək.
"Karvan-Yevlax" Şamaxıda "İmişli"ni qəbul edir. Ötən tur hər iki komanda üçün uğursuz olub. Yevlax təmsilçisi "Şamaxı"ya böyükhesabla yenilibsə, İmişlinin eyniadlı təmsilçisi texniki məğlubiyyətlə üzləşib. Hər iki komandanın aktivində 7 xal və turnir cədvəlində qonşu pillələrdə qərarlaşıblar. "Pələnglər" 8-ci, "ağ-qaralar" isə 9-cudu.
Qeyd edək ki, oyunun start fiti saat 16:00-da səslənəcək.
Misli Premyer Liqası
I dövrə, V tur
16:00. "Karvan-Yevlax" - "İmişli" 0:1 (Birinci hissə)
Qol: Dioqo Almeyda, 12
Hakimlər: Elvin Bayramov, Vüsal Məmmədov, Eyyub İbrahimov, Rəşad Əhmədov
VAR: İnqilab Məmmədov
AVAR: Namiq Hüseynov
Hakim-inspektor: Orxan Məmmədov
AFFA nümayəndəsi: Erkin Hüseynov
Şamaxı. Şəhər stadionu.
"Karvan-Yevlax": 1. Kamran İbrahimov 32. Elvin Yunuszadə (k) 6. Vadim Abdullayev 14. Uğur Cahangirov 77. Əli Abdullayev 2. Şakil Sno 12. Vitor Roşa 19. Tompson Qavi 8. Peter Kings 10. Samuel Durrant 4. Olavale Doyeni
Ehtiyat oyunçular: 25. Əmrah Bulud 33. Eltun Turabov 42. İbrahim Qədirzadə 18. Süleyman Əhmədov 13. Vüsal Məsimov 22. Qabil Əlizadə 5. Nika Çaçaşvili 11. Kayl Spens 37. Mois Nqvisani 3. Said İranxan, 21. İmani Barker
Baş məşqçi: Azər Həşimov
"İmişli": 33. Andrey Sinenka 19. Azər Salahlı (k) 21. Abbas Ağazadə 44. Həzrət İsayev 10. Nikola Karaklaiç 29. Edvin Banquera 14. Ronaldo de Souza 6. Yau Moses 9. Dioqo Almeyda 23. Dioqo Rollo 7. Luis Silvestr
Ehtiyat oyunçular: 1. Hüseynəli Quliyev 99. İmam Əli 77. Elmir Rəhimzadə 22. İbrahim Əliyev 97. Xəzər Mahmudov 5. İdris İnqilablı 11. Vüsal Qənbərov 3. Tuncay Yusifli 17. Ezekiel Morqan
Baş məşqçi: Jorj Kaşkilya