Azərbaycan millisinin sabiq futbolçusu İlkin Qırtımov karyerasını "Zaqatala"da davam etdirəcək. Sport24.az xəbər verir ki, bu barədə klubun mətbuat xidməti məlumat yayıb.
34 yaşlı müdafiəçi son olaraq "Kəpəz"in heyətində çıxış edib.
Qeyd edək ki, o, daha əvvəl "Simurq", "Keşlə", "Neftçi", "Zirə" və "Qəbələ" klublarında forma geyinib.