Evində işləyən qulluqçu qadın İspaniya millisinin keçmiş qapıçısı İker Kasilyasdan oğurluq edib.
İspaniya Milli Polisi Kasilyasın ev işçisini və bir kişini keçmiş "Real Madrid" və İspaniya milli komandasının qapıçısının evindən beş lüks saatın oğurlanmasında iştirak etməkdə şübhəli bilərək saxlayıb.
Bu barədə İdman.Biz "Marca"ya istinadən məlumat verir.

Əməliyyat nəticəsində oğurlanmış iki saat tapılıb, qalan üçünün axtarışı isə davam edir. Saatların ümumi dəyəri 175 min funt sterlinq olaraq qiymətləndirilir.

Kasilyas oğurluq barədə 16 oktyabrda, evindən saatların itdiyini gördükdən sonra məlumat verib. Şübhəlilər ölkəni tərk etməyi planlaşdırırdılar və 21 oktyabr çərşənbə axşamı günü həbs ediliblər.