top
İker Kasilyanın yeni sevgilisi – Venezuelalı gözəllik İren Esser Lent.az
02 sentyabr 2026, 14:02
- ↺ +

İker Kasilyanın yeni sevgilisi – Venezuelalı gözəllik İren Esser

İker Kasilyas yaxın vaxtlara qədər şəxsi həyatında həsəd aparılacaq sabitliyə malik nadir bir futbolçu nümunəsi idi. 2009-cu ildən bəri qapıçı Sara Karbonero ilə görüşürdü; cütlük tamamilə mükəmməl hesab olunurdu, lakin 2021-ci ildə iki oğulun valideynləri ayrıldıqlarını elan ediblər.

2022-ci ildə idman mediası əfsanəvi ispan qapıçının Alexandra Onieva ilə görüşdüyü barədə məlumat yayıb və cəmi bir neçə həftə əvvəl Kasilyasın yeni bir sevgilisi olduğu məlum olub. Beləliklə, İren Esser ilə tanış olun!

Lent.az-ın xarici mediaya istinadən məlumatına görə, Kasilyas və Esser arasında romantik münasibətlər barədə şayiələr bu ilin əvvəlində ortaya çıxıb. Kasilyas ilk dəfə Venesuelanın Sukre əyalətinin paytaxtı Kumanada görülüb. Deyəsən, onlar diqqət çəkiblər: kim bilir, "Real"ın keçmiş qapıçısı Venesuelaya nə məqsədlə gedib. Lakin qeyd etmək vacibdir ki, Kumana İrenenin doğulduğu və uşaqlığını keçirdiyi şəhərə çox yaxın yerdə yerləşir.

May ayının sonunda Pireneylərin ən populyar jurnalı olan "Pronto"nun paparassiləri Madrid küçələrində Esseri qucaqlayan Kasilyası görüblər. İşin üstü açılıb!

"Mənə dedilər ki, o, Kasilyasdan razıdır. İker onu öz yaxın çevrəsinə təqdim edir, amma hələlik hər şeyi gizli saxlayırlar", - İspaniya televiziya kanalı "Telecinco"nun aparıcısı Adriana Dorronsoro şayiələri təsdiqləyib.

İren Sofiya Esser Kintero 1991-ci il noyabrın 20-də anadan olub. O, bu payız 35 yaşını qeyd edəcək və İkerdən on yaş kiçik olacaq. Kasilyas ilk Çempionlar Liqasını qazananda İren cəmi səkkiz yaşında idi!

Esser model və aktrisadır. O, beynəlxalq şöhrət və tanınma qazanıb. İren ilk dəfə Sukre əyalətinin ən gözəl qadını kimi tanınıb və bu, ona "Miss Venesuela" gözəllik müsabiqəsində iştirak etməyə imkan verib. Və bilirsiniz nə olub? O, qalib gəlib!

2012-ci ildə İren öz ölkəsini "Kainat gözəli" yarışmasında təmsil edib və amerikalı Oliviya Kalpo və filippinli Janin Tuqonondan sonra üçüncü yeri tutub.

2013-cü ildən bəri Esser filmlərdə və televiziya seriallarında rol alır: hazırda bu, onun tam ştatlı karyerasıdır. Təsadüfi deyil ki, onun "Instagram" profilində "Aktrisa" və ya "Aktriz" kimi qeyd olunur. Boş vaxtlarında isə İren sörf etməkdən zövq alır!

Birev — ev elanları, mənzil, həyət evi, torpaq, ofis | Daşınmaz əmlak platforması
Qarabağ FK

Son xəbərlər

Digər
Bu gün, 22:25

“Bu futbolçulara inanmaq lazımdır” - Famil Xəlilov

Futbol
Bu gün, 22:16

PSJ, Bayer Leverkusen futbolçusu İbrahim Mazanı transfer etmək istəyir

Futbol
Bu gün, 22:14

Azər Məmmədov: Gəncə azarkeşləri və gənc futbolçularla Baku Sportinq qarşısında qalib gəldik

Digər
Bu gün, 21:56

Azərbaycan karateçiləri dünya kubokunda bir gümüş və iki bürünc medal qazanıb

Futbol
Bu gün, 21:47

Harri Keynin həyat yoldaşı, 2026 Qızıl Top qazanmasını təbrik etdi

Digər
Bu gün, 21:34

Bəxtiyar Soltanov: "Bu oyun gələcəkdə bizə çox şey verəcək"

Digər
Bu gün, 21:26

Azər Məmmədov: “Daha çox gənc futbolçuya şans vermək istəyirdik”

Digər
Bu gün, 21:01

FIFA nümayəndələri Bakıda fiziki tərbiyə müəllimləri üçün seminar keçiriblər - FOTO

Digər
Bu gün, 20:57

"Bavariya"nın baş məşqçisinin səhhətindəki problemin səbəbi tapılmır

Futbol
Bu gün, 20:54

Eldar Tağızadə rəhbərliyində Bistritsa komandası Sloveniyada 3:1 hesabı ilə səfər qələbəsi qazandı

Digər
Bu gün, 20:50

Azərbaycan kubokunda növbəti 1/8 finalçılar məlum oldu

Digər
Bu gün, 20:41

Füzuli Məmmədov 9:1 hesablı qələbədən danışdı: “Bu, MOİK-in zəif komanda olması demək deyil”

Digər
Bu gün, 20:32

“Bavariya”nın baş məşqçisinin qayıdışı təxirə düşür

Digər
Bu gün, 20:27

“Fənərbağça”da baş məşqçi postuna namizədlər bilindi

Digər
Bu gün, 20:27

"Liverpul"un istədiyi müdafiəçiyə 120 milyon avro qiymət qoydular

Futbol
Bu gün, 20:19

Real Madrid İspaniya dəmir yolu qəzasının qurbanlarını yad etdi

Basketbol
Bu gün, 20:05

"Neftçi" basketbol komandası baş məşqçisi: "Qələbə üçün 100% hazır olmaq lazımdır"

Güləş
Bu gün, 19:58

Sumqayıtda gənclər üçün Abşeron‑Xızı regional cüdo turniri başlayacaq

Digər
Bu gün, 19:28

İki qızıl və bir gümüş medal qazanan güləşçilərimiz Bakıda təntənəli qarşılanıblar - FOTO/VİDEO

Futbol
Bu gün, 18:59

Neftçi Şamaxı ilə görüşə 1 itki ilə çıxır

Futbol
Bu gün, 18:54

Roma müdafiəçisinin Mussolini soyadlı futbolçusu Serie A-də ilk qolunu vurdu

Digər
Bu gün, 18:51

Özbəkistan idmanının yüksəlişinin sirri - Dünya çempionatı, Olimpiya qızılları və şahmat tacı

Güləş
Bu gün, 18:50

Sumqayıt güləşçiləri U-15 yaş qrupunda Gəncə Kubokunu qazandı

Futbol
Bu gün, 18:41

“Mançester Yunayted”in Karrikin vəzifədə qalmasının əsas səbəbləri ortaya çıxdı

Oxşar xəbərlər