III MDB Oyunları çərçivəsində futbol yarışlarına start verilib.
"Report"un Qəbələyə ezam olunmuş əməkdaşının məlumatına görə, Azərbaycanın U-16 millisi Tacikistanla qarşılaşıb.
Görüş Azərbaycan millisinin qələbəsi ilə başa çatıb - 1:0.
Qolu 29-cu dəqiqədə Nihad Hüseynzadə rəqib qapısından keçirib.
Qeyd edək ki, III MDB oyunlarında futbol yarışlarına oktyabrın 3-də yekun vurulacaq.
III MDB Oyunları Azərbaycan U-16 millisi Futbol