top
İfeanyi Metyu: Neftçinin Konfrans Liqasına vəsiqəsi və Sabaha qarşı vacib qolum - MÜSAHİBƏ Idman.biz
19 may 2026, 17:19
- ↺ +

İfeanyi Metyu: "Neftçi"nin Konfrans Liqasına vəsiqəsi və "Sabah"a qarşı vacib qolum - MÜSAHİBƏ

"Bəlkə də çox adam buna inanmırdı. Amma biz komanda olaraq özümüzə arxayın idik, inanırdıq ki, nəyisə dəyişə bilərik".

Bu sözləri "Neftçi" futbol komandasının yarımmüdafiəçisi İfeanyi Metyu Misli Premyer Liqasının 32-ci turunda "Sabah"a 2:1 hesabı ilə qalib gəldikləri oyundan sonra futbolinfo.az saytına müsahibəsində deyib.

Həmin müsahibəni təqdim edirik.

- Misli Premyer Liqasının 32-ci turunda "Sabah"ı 2:1 hesabı ilə məğlub etdiniz və Konfrans Liqasının təsnifat mərhələsinə vəsiqə qazandınız…

- Oyuna qələbə üçün çıxmışdıq. Niyyətimiz qalib gəlmək idi. Meydana çıxdıq və sona qədər mübarizə apardıq. Əlbəttə ki, qələbədən və avrokuboklara getməkdən məmnunuq.

- Qələbə qolunun müəllifi oldunuz və kifayət qədər baxımlı qol vurdunuz…

- "Neftçi"dəki ən vacib qolumu məhz bu matçda vurdum.

- Artıq bundan sonra Konfrans Liqası və orada uğurlu olmaq barədə düşünəcəksiniz. Bacaracaqsınız?

- Əlbəttə, uğurlu olmaq istəyirik. Amma hələ son oyunumuz var. "Kəpəz"lə səfərdə qarşılaşacağıq. Bundan sonra istirahətə yollanacağıq. Qayıdanda artıq məşqlərimizi bərpa edib bütün fikrimizi oyunlara yönəldəcəyik.

- Yanvarda heç kəs "Neftçi"nin Konfrans Liqasına vəsiqə qazanacağına inanmırdı. Komanda 7-8-ci pillələr arasında qalmışdı. Nə baş verdi?

- Bəlkə də çox adam buna inanmırdı. Amma biz komanda olaraq özümüzə arxayın idik, inanırdıq ki, nəyisə dəyişə bilərik. Azarkeşlərimiz də yanımızda idi, onlar da uğur qazanacağımıza inanırdılar. Nəticədə biz birlikdə bunu bacardıq.

- "Neftçi"də qalacaqsınız?

- Müqaviləm var və qalacağam.

- Növbəti mövsüm "Neftçi"ni çempionluq mübarizəsində görmək mümkün olacaq?

- Hamımız bunu istəyirik. Yaxşı heyətimiz, yaxşı məşqçilərimiz var. Biz mütləq növbəti mövsüm çempionluq üçün mübarizə aparacağıq.

- Bu mövsümün son turlarında həm "Qarabağ"a qalib gəldiniz, həm də "Sabah"dan üstün oldunuz…

- "Sabah"a qalib gəlmək, əlbəttə ki, yaxşıdır. Çünki onlar Azərbaycan çempionudurlar, yaxşı komandadırlar. Biz bütün rəqiblərimizə hörmət edirik. Amma biz də "Neftçi"yik. Layiqli şəkildə qələbə qazandıq. Onlara qalib gəldiyimiz üçün sevincliyik.

- Əvvəllər daha çox meydanda olurdunuz, amma son turlarda sonradan meydana girirsiniz. Bunun səbəbi nədir?

- Bu, məşqçilər heyətinin qərarıdır. Onlar mənə dincəlmək üçün şərait yaradırdılar. Məşqçilərin qərarına hörmət edirəm və düşünürəm ki, necə faydalı oluramsa, o zaman da meydana girirəm.

Birev — ev elanları, mənzil, həyət evi, torpaq, ofis | Daşınmaz əmlak platforması
Qarabağ FK

Son xəbərlər

Futbol
Bu gün, 14:07

Arsenal zədələrin azaldılması üçün NASA, Google və Apple ilə əməkdaşlıq edir

Futbol
Bu gün, 14:00

Elnur Cəfərov: "Şəfa"nın "Sumqayıt"a 1:1 hesablı matçını və mübahisəli penalti epizodunu dəyərləndirdi

Futbol
Bu gün, 13:49

Lukas Berqvall "Tottenhem"də qalacağını təsdiqləyib

Gimnastika
Bu gün, 13:44

Nankin-2026: Azərbaycan tamblinqdə ardıcıl üçüncü dünya çempionluğuna və batut gimnastikasında ilk fərdi medala layiq görüləcək?

Futbol
Bu gün, 13:40

Arda Turan italyan VAR hakimlərini sərt tənqid edib

Voleybol
Bu gün, 13:35

Turanın Çempionlar Liqası qarşılaşması üçün biletlər azarkeşlər üçün pulsuz

Qarabağ FK
Bu gün, 13:25

Qarabağ Klubu, Forma Hərfi Cəzaya Cavab İfade Etdi

Futbol
Bu gün, 13:10

Alleqri, “Sabah”la oynadığı Çempionlar Liqasının pley‑offunda 10 xal qazanmaq planlaşdırır

Digər
Bu gün, 13:02

Snuker çempionu Orxan Qubatov: Azərbaycanda bilyardın bütün növlərinin inkişafını arzulayıram

Futbol
Bu gün, 12:45

Rafinya UEFA Çempionlar Liqasında 23 qolla Neymar və Rivaldonu geridə qoyub;

Futbol
Bu gün, 12:39

Azərbaycan Premyer Liqasının XI turu “Zəfər turu” elan edildi

Futbol
Bu gün, 12:39

Fənərbağçanın yeni məşqçisi Emre Belözoğlu Liverpul matçı üçün iştirak qərarını verəcək

Voleybol
Bu gün, 12:28

CEV Çempionlar Liqasında "Maritza Plovdiv"-ı 3:0 hesabı ilə məğlub edən "Turan"ın voleybolçusu qələbəni qiymətləndirdi

Futbol
Bu gün, 12:23

Qalatasarayın 21 yaşlı yarımmüdafiəçisi Aleksey Batrakov Çempionlar Liqasında 4 oyunda 4 qolla Messi və Ronaldodan daha sürətli starta imza atdı

Futbol
Bu gün, 12:20

Tvente 9:0 hesabı ilə Ekselsioru məğlub edərək tarixçə böyük qələbə qazanıb

Futbol
Bu gün, 12:13

Kriştiano Ronaldu Erik ten Hag‑ın sərt tənqidlərinə cavabını verdi

Boks
Bu gün, 12:00

Gülər Hüseynova Azərbaycanın Dakar-2026 YOX boks təmsilçisi oldu

Futbol
Bu gün, 12:00

"Sabah" klubu Norveçdəki fanlarına 300 şərf təqdim edərək xüsusi jest etdi

Futbol
Bu gün, 11:42

Mingəçevir və Şahdağ Qusar 7-ci turda Azərbaycan Birinci Liqasında qarşılaşacaq

Qarabağ FK
Bu gün, 11:38

Vikinq – Sabah: Azərbaycan və Norveç klublarının Avrokubokdakı 9-cu qarşılaşması

Basketbol
Bu gün, 11:20

"Gəncə" bu gün FIBA Avropa Kubokunda "Universitatya Krayova" ilə qarşılaşacaq

Futbol
Bu gün, 11:20

Mançester Yunayted azarkeşləri Roma oyununda etiraz aksiyası keçirdi

Digər
Bu gün, 11:14

Fərid Qayıbov: “İdmanda davamlı uğurları və infrastrukturu gücləndirməyi məqsəd qoyuruq”

Voleybol
Bu gün, 11:05

AZERRAIL və Ordu komandaları arasında kişi voleybolu Super Liqası üçüncü turu dueli

Oxşar xəbərlər