top
İçərişəhərdə uşaqlar üçün yeni idman meydançası açıldı Idman.biz
31 may 2026, 21:58
- ↺ +

İçərişəhərdə uşaqlar üçün yeni idman meydançası açıldı

"Sabah" Futbol Klubu və "İçərişəhər" Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsinin birgə təşkilatçılığı ilə İçərişəhərdə yeni istifadəyə verilən idman meydançasının açılış mərasimi keçirilib.

İdman.Biz AZƏRTAC-a istinadən xəbər verir ki, tədbirdə çıxış edən "İçərişəhər" Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsi İdarə Heyətinin sədri Rüfət Mahmudov yeni meydançanın uşaqların asudə vaxtının səmərəli təşkili və sağlam böyüməsi baxımından mühüm əhəmiyyət daşıdığını bildirib. O qeyd edib ki, İçərişəhərdə yaşayan uşaqlar indiyədək futbol oynamaq üçün uyğun məkan tapmaqda çətinlik çəkirdilər. "Uşaqlar bundan sonra öz meydançalarında rahat şəkildə idmanla məşğul ola biləcəklər. İnanıram ki, bu məkan həm uşaqların, həm də böyüklərin istifadəsində olacaq. Gənc nəslin sağlam böyüməsi gələcəyimiz üçün çox önəmlidir", - deyə R.Mahmudov vurğulayıb.

"Sabah" Futbol Akademiyasının koordinatoru, gürcüstanlı mütəxəssis Giorgi Minaşvili layihənin əhəmiyyətindən danışaraq, təşəbbüsə qoşulmaqdan məmnunluq duyduqlarını bildirib. "Bu layihə gənc uşaqlara yeni imkanlar yaratmaq məqsədi daşıyır. Burada onlar sağlam həyat tərzi sürmək, futbol məşqləri keçmək və öz bacarıqlarını inkişaf etdirmək imkanı əldə edəcəklər. Ola bilər ki, gələcəkdə bu meydançada məşq edən uşaqlardan bəziləri böyük klublarda çıxış etsinlər", - deyə o qeyd edib.

G.Minaşvili bu cür təşəbbüslərin gələcəkdə Bakının digər ərazilərində də həyata keçiriləcəyinə ümidvar olduğunu bildirib.

"İçərişəhər" Ağsaqqallar Şurasının sədri Əliheydər Dadaşov isə yeni idman meydançasının istifadəyə verilməsini sakinlər üçün əlamətdar hadisə kimi qiymətləndirib. O, layihənin reallaşdırılmasına görə "İçərişəhər" Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsinin rəhbərliyinə təşəkkürünü çatdırıb.

Birev — ev elanları, mənzil, həyət evi, torpaq, ofis | Daşınmaz əmlak platforması
Qarabağ FK

Son xəbərlər

Basketbol
Bu gün, 14:09

Ceyms Freyzer: "Noyabrda yox, mövsümün sonunda çempion olmağa çalışırıq"

Futbol
Bu gün, 14:00

Barselona’nın Bakı səfəri Avrokuboklar tarixində ən uzun məsafəli səfər kimi qeydə alınacaq

Qarabağ FK
Bu gün, 14:00

Mamadu Kane: "Yaxşı nəticələr əldə etmək istəyirik, çalışırıq, ancaq alınmır"

Qarabağ FK
Bu gün, 14:00

“Qarabağ” transfer işlərində səhvi harada buraxıb?

Boks
Bu gün, 13:54

Azərbaycanın iki boksçusu AÇ-nin finalında!

Qarabağ FK
Bu gün, 13:54

“Qarabağ”ın futbolçusu: “Çempion olmaq şansımız hələ də var” - MÜSAHİBƏ

Futbol
Bu gün, 13:40

Millimizə gələn vingerə görə kompensasiya istəyirlər

Futbol
Bu gün, 13:31

“Benfika”nın oyununda faciə: Azarkeş həyatını itirdi

Futbol
Bu gün, 13:31

“Sabah”la oyun öncəsi “Barselona”da ciddi itki: Yamal Bakıya gəlmir

Futbol
Bu gün, 13:31

Lamin Yamal “Barselona” ilə Bakıya gəlməyəcək

Futbol
Bu gün, 13:30

Lamin Yamal Azərbaycana gəlməyəcək

Futbol
Bu gün, 13:26

Kamal Umudlu UEFA Gənclər Liqasının oyununa təyinat alıb;

Futbol
Bu gün, 13:24

“Fənərbaxça”nın Çempionlar Liqası matçı ona tapşırıldı

Futbol
Bu gün, 13:24

İspaniya mətbuatı Dani Olmodan “Sabah”la oyunda “sehr” gözləyir - İDMAN.BİZ-in İCMALI

Futbol
Bu gün, 13:20

"Uotford" rumıniyalı mütəxəssislə anlaşmaq üzrədir

Futbol
Bu gün, 13:20

II Liqa 12-ci tur: "Şəmkir" "Ağdaş"la, "Difai" isə "Marafon"la qarşılaşacaq

Futbol
Bu gün, 13:10

“Sabah” - "Barselona" matçını o idarə edəcək

Qarabağ FK
Bu gün, 13:09

“Qarabağ”ın müdafiəçisi çətin matç, qol çətinlikləri və Sumqayıt qarşılaşması barədə danışdı

Futbol
Bu gün, 13:08

«Mançester Yunayted»i bu şəkildə tənqid etdi

Futbol
Bu gün, 13:03

“Qalatasaray”ın futbolçusu şir axtarışında

Futbol
Bu gün, 13:01

Bakıda UEFA Çempionlar Liqası matçı üçün hakimlər təyin edilib;

Futbol
Bu gün, 13:00

Elvin Bədəlov: Qələbə önəmlidir, şəxsi performans deyil

Cüdo
Bu gün, 12:54

Həbsdən azad olunan Umar Nurməhəmmədovdan ilk paylaşım - VİDEO

Futbol
Bu gün, 12:45

Mərakeş UEFA-ya üzv olmağı planlaşdırır

Oxşar xəbərlər