"Gəzməyin belə çətin olduğu meydançada futbol oynadıq".
İdman.biz xəbər verir ki, bu sözləri Sport24.az-a açıqlamasında "Xankəndi"nin baş məşqçisi İbrahim Uzunca deyib.
Təcrübəli mütəxəssis komandasının II Liqanın 3-cü turunda "Ağstafa Gəncləri"nə qalib gəldiyi matç haqda fikirlərini bölüşüb: "Meydanın bərbad olmasına rəğmən qalib gəldiyimiz üçün çox məmnunam. 3 oyuna 3 qələbə ilə liderik. Onsuz da mövsümün əvvəlindən məqsədimiz çempionluqdur. Hamımız bir olub, hədəfimizə çatacağıq. Matçlarda göstərdiyimiz performans yalnız çempionluğa hesablanıb. Növbəti turda rəqibimiz "Şəki Siti"dir. Futbolçulara 2 gün istirahət verdikdən sonra bu matça hazırlaşacağıq. İnşallah, qalib gələrik. Bunu bacaracaq gücdəyik. Komandama inanıram. "Xankəndi"yə layiq olduğu çempionluğu qazandıracağıq".
Qeyd edək ki, "Xankəndi İkinci Liqada 3 oyundan sonra 9 xalla turnir cədvəlinin zirvəsində qərarlaşıb.