top
I Liqanın ən sərrast futbolçusu: “Bombardir olmaqdan çox... Sport24.az
24 may 2024, 15:00
- ↺ +

I Liqanın ən sərrast futbolçusu: “Bombardir olmaqdan çox..."

 

 

Başa çatan mövsümdə adından söz etdirən futbolçulardan biri də MOİK-in üzvü Elmir Rəhimzadə oldu. Ordu klubunun "77 nömrə"si vurduğu 17 qolla həm də liqanın bombardiri adını qazandı. I Liqanın ən sərrast futbolçusu Sport24.az-ın suallarını cavablandırıb. Elmir həm geridə qalan "futbol ili"ni dəyərlənrib, həm də gələcək planları barədə danışıb.



- Başa çatan mövsümdə sərgilədiyin oyundan razı qaldın?
- Öncə onu qeyd edim ki, bu mövsüm maraqlı və intriqalı keçdi. Fikrimcə, I Liqa ilə əvəzedicilərin çempionatının ayrılması və idman prinsipinə görə sonuncu olan komandanın II Liqaya düşməsini nəzərə alsaq, daha rəqabətli çempionata izlədik. Öz oyunuma gəlincə, bu barədə mütəxəssislər fikir bildirsə, daha çəqsədəuyğun olar.

 

-Çempionluğa iddialı idiz. Amma sonda 3-cü pillədə qərarlaşdız. Birinci olmağınız üçün nə çatmadı?
- Çempionata yaxşı başladıq. İlk dövrəni birinci və məğlubiyyətsizliklə başa vurduq. Sadəcə, çempionatın gedişində vacib oyunlarda qızıla bərabər xallar itirdik, qələbə qazanmalı olduğumuz matçlarda məğlub olduq. Bunun nəticəsi olaraq da sona bir neçə tur qalmış çempionluq mübarizəsindən qopduq.  

 

- I Liqada çempionatın bombardiri oldun. Bunu bacaracağına inanırdın?
- Çempionatın ən sərrast futbolçusu olmağım xoşdu. Amma əsas olan komandamın uğurudu. Bombardir olmaqdan çox, MOİK ilə çempionluq yaşayıb, elitaya yüksəlməyi  istərdim.

 

- Mövsümlərarası fasilədə MOİK-i tərk etmək fikrin var?

- Ordu klubu ilə müqaviləmin müddəti başa çatır. Gələcək karyeramı harda davam etdirəcəyimi deyə bilmərəm. Hər halda ilk olaraq MOİK ilə danışıqlar aparacam. Odur ki, klub rəhbərliyinin təklif olsa, dəyərləndirə bilərəm.

 

- Qəzənfər Abbasovu məşqçi kimi necə xarakterizə edərdin?
- Baş məşqçimiz ilk dəfə idi I Liqa komandasının "sükanı arxasında" idi. Mən də onun rəhbərliyi altında ilk dəfə idi çıxış edirdim. Düşünürəm ki, Qəzənfər müəllim başa çatan mövsümdə yaxşı komanda formalaşdırmağı bacardı.

 

- Ölkə kubokunun finalında Xankəndidə "Qarabağ"la qarşılaşdız. Qarabağın əsas şəhərində meydana çıxanda hansı hissləri keçirdin?  
- Həmin anları sözlə ifadə etmək çətindi. Qısaca belə deyim ki, Avropayaya səs salmış "Qarabağ" kimi komanda ilə azad olunmuş Xankəndidə meydanda olmaq qürur verici idi. Tarixin bir parçası olmaq hər adama nəsib olmur. Bunu yaşadığıma görə, özümü xoşbəxt hesab edirəm.


ABDULLA İSMAYILOĞLU

Birev — ev elanları, mənzil, həyət evi, torpaq, ofis | Daşınmaz əmlak platforması
Qarabağ FK

Son xəbərlər

Futbol
Bu gün, 10:09

Barselona, Kamp Nouda 1500 kvadratmetrli kolumbarium tikləyəcək

Futbol
Bu gün, 10:00

Polşalı klub 'Sabah'ın futbolçusuna təklif etdi, amma o qapını bağladı

Basketbol
Bu gün, 09:54

LANDAU Lions baş məşqçisi: “Qələbəyə yaxın idik, amma müdafiədə səhvlər bizi məğlub etdi”

Futbol
Bu gün, 09:40

Bavariya Oskar Pituşevski üçün 60M avro təkliflə yenidən maraq göstərdi

Futbol
Bu gün, 09:39

Kriştianu Ronaldo Portuqaliyalı ulduz serialda aktyor olacaq

Futbol
Bu gün, 09:27

İngiltərə vs Xorvatiya, Türkiyə vs Belçika: Millətlər Liqası beşinci turu

Futbol
Bu gün, 09:23

400 milyon avro itirildi: Avropanın ən pis idarə olunan futbol klubu elan edildi

Futbol
Bu gün, 09:20

Aston Villa, müdafiəçi İan Maatsenlə müqaviləni 2032-yə qədər uzatdı

Futbol
Bu gün, 09:08

Zidan Juventus’da məşqçilik arzusu

Basketbol
Bu gün, 09:01

FIBA Avropa Kubokunda ‘Gəncə’ bu gün ‘Esenler Erokspor’ ilə qarşılaşacaq

Futbol
Bu gün, 09:00

Benfikanın 20 yaşlı argentinalı oyunçusuna 100 milyon avro dəyər qoyuldu

Futbol
Bu gün, 08:40

Valeryen İsmael 'Havr', Beşiktaş'ın keçmiş baş məşqçisini Fransa klubunun yeni məşqçisi olacaq

Futbol
Bu gün, 08:20

Fiorentina David de Xea ilə yollarını ayırmağı planlaşdırır

Futbol
Bu gün, 08:13

Pep Qvardiola ABŞ futbol millisinə rəhbərlik edə bilər

Futbol
Bu gün, 08:00

ABŞ Futbol Federasiyası Manchester United-dan 10 milyon dollar tələb edə bilər

Futbol
Bu gün, 07:09

Mançini Mbappe-nin zədələnməsindən risk etməməsini tövsiyə etdi

Futbol
Bu gün, 06:14

Klopp: Azarkeşlərimin sayı artıb, aptekdə 80-90 yaşlı qadınlar mənə uğurlar arzulayırlar

Futbol
Bu gün, 05:15

Barselona, 20 milyon avroluq 18 yaşlı müdafiəçi Rud Neystadı hədəfə alıb

Futbol
Bu gün, 04:11

Çexiya millisi baş məşqçisinin Yamalın çıxmaması ilə bağlı açıqlaması

Boks
Bu gün, 03:11

Gülər Hüseynova finala çıxan rəqibi qarşısında qələbəni əmin hesab edir

Olimpiada
Bu gün, 02:07

Adil Kazımlı: Gümüş medal qazanaraq təşkilata minnətdarlığını bildirir

Basketbol
Bu gün, 01:50

Neftçi basketbol komandası Mikonosun beş oyunlu qələbə seriyasına son verdi

Şahmat
Bu gün, 00:36

Şəhriyar Məmmədyarov qrup mərhələsində 3 xal ilə başladı

Futbol
Bu gün, 00:23

Britaniya nəşri Azərbaycan millisinin qrup mərhələsində məğlubiyyətsiz lider olduğunu qeyd edir

Oxşar xəbərlər