Bu gün Azərbaycan I Liqasında VI tura start veriləcək. Sport24.az xəbər verir ki, ilk gündə iki matç keçiriləcək.
"Səbail" Binə qəsəbə stadionunda lider "Şahdağ Qusar"ın qonağı olacaq. "Xankəndi" isə Şamaxıda "Mingəçevir"i qəbul edəcək.
21 oktyabr (çərşənbə)
15:00. "Şahdağ Qusar" – "Səbail"
Hakimlər: Kamran Əliyev, Orxan İbişov, Asif Abdullayev, İslam Məmmədov
Binə qəsəbə stadionu
15:00. "Xankəndi" – "Mingəçevir"
Hakimlər: Murad Səlimov, Məmmədəli Kərimov, Safalı Ağayev, Namiq Bəkirov
Şamaxı OİK stadionu