"Hər iki komanda mənim üçün doğmadır. Futbolda ilk addımlarımı "Turan"da atmışam. Bu komanda mənim üçün məktəbdir".
Bu sözləri veteran qapıçı Hüseyn Məhəmmədov deyib.
O, Misli Premyer Liqasının 23-cü turunda bu gün baş tutacaq oyunla bağlı fikirlərini bölüşüb.
"Turan Tovuz" karyeramın başlandığı yerdir. Amma hər iki klub mənim üçün doğmadır. "Neftçi" ilə əldə etdiyim qələbələr yaddan çıxmaz. Ömrümün sonunadək unutmayacağım qalibiyyətlər var. Hər iki kollektivdə çempionluq yaşamışam. Hər ikisini doğma bilirəm. Bu səbəbdən oyun haqqında proqnoz vermək mənə çətindir. Hər iki komanda avrokuboklara vəsiqə uğrunda mübarizə aparır. Çox maraqlı matç olacaq Şanslar bərabərdir. "Neftçi" çempionata istənilən səviyyədə yaxşı start verə bilmədi, xallar itirdi. Buna baxmayaraq toparlanıblar, avrokuboklara düşmək istəyirlər", - deyə o, sport24.az-a açıqlamasında deyib.
Qeyd edək ki, bu gün baş tutacaq "Neftçi" - "Turan Tovuz" oyunu saat 20:30-da start götürəcək.