Dortmund "Borussiya"sının sabiq müdafiəçisi Mats Hummels karyerasını "Roma"da davam etdirəcək.
Sport24.az xəbər verir ki, bu barədə insayder Nikolo Şkira məlumat yayıb.
İtaliya təmsilçisi artıq 35 yaşlı müdafiəçi ilə razılaşııb. Tərəflər yaxında 1 illik müqavilə imzalayacaqlar.
Xatırladaq ki, Mats Hummels bu ay "Borussiya"dan ayrılıb. O, "Bavariya"nın yetirməsidir. Futbolçu ümumilikdə 13 il "Borussiya"da çıxış edib.