top
Hoffenhaym baş məşqçisi Kristian İlzer, xəstə Vensan Kompaniyə dəstək mesajı verdi Idman.biz
Bu gün, 14:16
- ↺ +

"Hoffenhaym" baş məşqçisi Kristian İlzer, xəstə Vensan Kompaniyə dəstək mesajı verdi

Almaniyanın "Hoffenhaym" futbol komandasının baş məşqçisi Kristian İlzer səhhətindəki problemlər səbəbindən xəstəxanada müalicə alan "Bavariya"nın çalışdırıcısı Vensan Kompani haqqında danışıb. Avstriyalı mütəxəssis həmkarını bütün Bundesliqa üçün ilham mənbəyi adlandırıb.

İdman.Biz BILD nəşrinə istinadən xəbər verir ki, İlzer Kompaninin tezliklə sağalacağına ümid etdiyini bildirib.

"O, ilham mənbəyidir. Vensanı həm məşqçi, həm də insan kimi yüksək qiymətləndirirəm. Ona tezliklə gücünü bərpa etməyi və tam sağlam şəkildə geri qayıtmağı arzulayıram. Çünki o, həm biz məşqçilər, həm də bütün Bundesliqa üçün böyük dəyərdir", - deyə İlzer bildirib.

49 yaşlı mütəxəssis futbol məşqçilərinin üzləşdiyi psixoloji təzyiqə də toxunub. Onun sözlərinə görə, yüksək səviyyədə çalışan məşqçilər daim stressli vəziyyətlərlə qarşılaşırlar.

"Hər bir məşqçi bu peşəni seçərkən onu nələrin gözlədiyini bilir. Daim müxtəlif stressli vəziyyətləri idarə etməli oluruq. Uğurlar və uğursuzluqlar bu işin ayrılmaz hissəsidir. Biz stresslə mübarizə aparmağa hazırıq. Ancaq bunun üçün ilk növbədə tam sağlam olmaq lazımdır", - deyə İlzer vurğulayıb.

Xatırladaq ki, Kompani oktyabrın 23-də "Bavariya"nın ikinci komandasının məşqi zamanı huşunu itirərək yıxılıb və xəstəxanaya yerləşdirilib. Belçikalı mütəxəssis hadisədən əvvəl virus infeksiyasına yoluxduğunu açıqlayıb.

"Bavariya"nın idman direktoru Maks Eberl oktyabrın 26-da Kompaninin vəziyyətinin stabil olduğunu və səhhətinin yaxşılaşdığını bildirib. Bununla belə, müayinələr hələ başa çatmayıb.

Klub rəhbərliyi 40 yaşlı mütəxəssisin sağalması üçün ona kifayət qədər vaxt veriləcəyini, məşqçi fəaliyyətinə qayıdışının isə günlərlə deyil, həftələrlə ölçüləcəyini açıqlayıb.

Birev — ev elanları, mənzil, həyət evi, torpaq, ofis | Daşınmaz əmlak platforması
Qarabağ FK

Son xəbərlər

Futbol
Bu gün, 15:00

İspaniya Kuboku 2026/27: 27 oktyabrdan 112 komanda 56 matçda qarşılaşacaq, favoritlər 1/16 finalda qoşulacaq

Futbol
Bu gün, 15:00

Barselona İsveçli mərkəz yarımmüdafiəçi Lukas Bervalla ilə maraqlanır

Futbol
Bu gün, 14:40

Okan Buruk: "Qalatasaray" Fənərbağçaya Şampionlar Liğasında fərsət vermədi

Futbol
Bu gün, 14:38

İtaliyada futbol oyunu sonrası 8 nəfər saxlanıldı, bir azarkeş komada

Futbol
Bu gün, 14:25

İngiltərə Liqa Kubokunun 1/8 finalı start götürür: "Liverpul" - "Çelsi" odak nöqtəsində, "Arsenal" üçün sərt sınaq

Futbol
Bu gün, 14:13

World Winners Cup Alanya 2026

Futbol
Bu gün, 14:05

Azərbaycan Kubokunda 12 oyun start götürdü: “Zirə” “Səbail”ə, “Araz-Naxçıvan” “Şimal”a qarşı

Qarabağ FK
Bu gün, 13:59

Aftandil Hacıyev: “Dinamo Zaqreb” qarşısında təcrübəmizi nəticəyə çevirməli, daha cəsarətli və keyfiyyətli oyun nümayiş etdirməliyik

Cüdo
Bu gün, 13:52

Abşeron-Xızı cüdo çempionatı Oktyabrın 31-də Sumqayıtda keçiriləcək

Futbol
Bu gün, 13:44

Bakıda U-15 Dünya Çempionatının qrup mərhələsi yekunlandı: İngiltərə, Fransa və Argentina turnirdən kənarda qaldı

Futbol
Bu gün, 13:40

Andrey Fedilchenkov Liverpool skaut şöbəsinin rəhbəri olacaq

Cüdo
Bu gün, 13:29

Hidayət Heydərov 73 kq çəki dərəcəsində qalanı qəbul etdi və Əbu-Dabidəki "Böyük Dəbilqə" turnirinə bu divarda qatılacaq

Futbol
Bu gün, 13:24

Kristal Pelas İsmaila Sarrı satmaq istəmir, Liverpool və Qalatasaray hələ də maraqlanır;

Futbol
Bu gün, 13:21

Arçi Braun: Bardakçıya sərt sözlər, 'Qadın kimi cırmaq atırlar'

Futbol
Bu gün, 13:14

Tural Cəlilov: Şimal Araz‑Naxçıvanı ‘Aşkar favorit’ kimi qiymətləndirir

Futbol
Bu gün, 13:00

Bojan Letici: "PAOK mənə qəti şəkildə maraqlanır, lakin son anda tələb olunan məbləğ o qədər həddindən artıq idi ki, Real Madrid belə verməzdi"

Futbol
Bu gün, 12:44

Almaniya Kuboku: "Borussiya" "Verder"ə, "Bavariya" "Maqdeburq"a qarşı – 1/16 final mərhələsi başlayır

Futbol
Bu gün, 12:40

Milan, amerikalı hücumçu Kristian Pulişiç ilə müqaviləni uzadır

Güləş
Bu gün, 12:17

Azərbaycanın iki qadın güləşçisi və İslam Abbasov dünya çempionatında məğlub oldular;

Futbol
Bu gün, 12:00

«Səbail»in yeni transferi Sofian Budra: «Azərbaycanda oynayacağımı heç vaxt təsəvvür etməmişdim»

Cüdo
Bu gün, 11:59

Bakıda Braziliya ciu-citsu üzrə açıq turnir keçirilib - FOTO

Futbol
Bu gün, 11:51

London “Qızıl top” mərasimi: tıxaclar, əvvəlcədən açıqlanmış qaliblər və təhlükəsizlik hadisələri

Futbol
Bu gün, 11:41

Mbappe zarafatına görə Çində iki sponsorunu itirdi

Oxşar xəbərlər