top
Həvəskar Futbolun Mühiti Hesabatının Təqdimatında Azərbaycanda Həvəskar Futbolun İnkişaf Perspektivləri Müzakirə Edildi Idman.biz
29 yanvar 2026, 15:39
- +

"Həvəskar Futbolun Mühiti" Hesabatının Təqdimatında Azərbaycanda Həvəskar Futbolun İnkişaf Perspektivləri Müzakirə Edildi

Bakıda FIFA-nın Qlobal Futbolun İnkişafı Departamentinin ekspertləri Raymondas Statkeviçyus və Qaioz Darsadze tərəfindən hazırlanmış "Həvəskar Futbolun Mühiti" adlı hesabatın təqdimatı keçirilib.

İdman.Biz xəbər verir ki, bu barədə Azərbaycan Futbol Federasiyaları Assosiasiyası (AFFA) məlumat yayıb.

İki gün davam edən tədbirin əsas məqsədi Azərbaycanda mövcud olan həvəskar futbol mühitinin, bu sahədə fəaliyyət göstərən strukturların və onların fəaliyyət mexanizmlərinin hərtərəfli təhlilini aparmaq, mövcud vəziyyəti qiymətləndirmək, eləcə də həvəskar futbolun inkişaf perspektivləri ilə bağlı müzakirələr təşkil etmək olub.

Tədbir çərçivəsində AFFA-nın Texniki direktoru Cahangir Həsənzadə tərəfindən iştirakçılara milli assosiasiyanın dövlət qurumları və qeyri-hökumət təşkilatları ilə əməkdaşlıq çərçivəsində həyata keçirdiyi kütləvi futbol və sosial layihələrə dair statistik xarakterli məlumatlar təqdim edilib. Bununla yanaşı, iştirakçılar üçün interaktiv qrup işləri təşkil olunub, müvafiq mövzular üzrə fikir mübadiləsi aparılıb və praktiki yanaşmalar müzakirə edilib. Qrup müzakirələri zamanı yerli təcrübə, beynəlxalq yanaşmalar və inkişaf imkanları əsas diqqət mərkəzində saxlanılıb.

Tədbirin sonunda AFFA-nın baş katibinin müavini Elçin Məmmədov seminar müddətində fəal iştirak edən AFFA əməkdaşlarına, əməkdaşlıq edilən dövlət qurumlarının və qeyri-hökumət təşkilatlarının nümayəndələrinə, klub təmsilçilərinə, həmçinin AFFA tərəfindən həyata keçirilən kütləvi futbol və sosial layihələrdə iştirak edən məşqçilərə təşəkkürünü bildirib.

Qarabağ FK

Son xəbərlər

Futbol
Bu gün, 18:57

Turan Tovuz"un növbəti yoxlama matçı

Futbol
Bu gün, 18:26

"Mançester Yunayted" üçüncü yarımmüdafiəçi seçimi ilə bağlı iki namizəd müəyyənləşib

Minifutbol
Bu gün, 18:00

Cahangir Fərəcullayev Azərbaycan milli komandası ilə görüşdü

Futbol
Bu gün, 17:58

Zirə-Payde matçının biletləri satışa çıxarılacaq

Digər
Bu gün, 17:41

Azərbaycanlı döyüşçü Tural Əsgərov WKG MMA turnirində misirli rəqibini məğlub edib

Futbol
Bu gün, 17:18

"Şəfa" müdafiəçisi ilə müqavilə bağlandı

Futbol
Bu gün, 17:18

„Şəfa“ Pərviz Azadovla vidalaşdı

Futbol
Bu gün, 17:13

Azərbaycan çimərlik futbolu üzrə milli komandası AFFA-nın baş katibi tərəfindən qəbul edilib

Basketbol
Bu gün, 17:03

229 sm boyu olan 18 yaşlı Avstraliyalı basketbolçu NBA ulduzlarını geridə qoyur

Voleybol
Bu gün, 16:33

Braziliyalı baş məşqçi "DH Volley" komandasına rəhbərlik edəcək

Futbol
Bu gün, 16:04

"Araz-Naxçıvan" əvəzedicilərdən ibarət komandasının ev oyunları Binə stadionunda keçiriləcək

Futbol
Bu gün, 15:52

Fransa millisinin baş məşqçisi Zidanın ilk oyunu: Biletlərin qiyməti açığlandı

Futbol
Bu gün, 15:23

“Zirə” futbolçusu UEFA Konfrans Liqası barədə danışır

Futbol
Bu gün, 15:16

Rəşad Sadıqov: “Mərhələni keçmək üçün əlimizdən gələni edəcəyik”

Futbol
Bu gün, 15:00

Fənərbaxça İsmaila Sarrı transfer etməyə maraqlanır

Futbol
Bu gün, 14:51

Dursun Özbek Musialanın “Qalatasaray”a transferini təkzib etdi

Futbol
Bu gün, 14:40

Karvan-Yevlax məlum klubdan məlum oyunçunu transfer edib

Futbol
Bu gün, 14:20

Neftçi Konfrans Liqasında Dinamo ilə qarşılaşır

Futbol
Bu gün, 14:20

“Neftçi” Konfrans Liqasında “Dinamo” ilə qarşılaşma hazırlığındadır

Futbol
Bu gün, 14:00

Tomas Müller MLS-in “Ulduzlar matçı”nda yeni rekorda imza atıb

Digər
Bu gün, 13:56

Azərbaycan «Phygital Sports Summit Astana 2026» beynəlxalq sammitdə iştirak edir

Futbol
Bu gün, 13:44

Kəpəz FK Gəncəyə qayıdır

Futbol
Bu gün, 13:28

Neftçi Dinamo ilə cavab oyununa hazırlaşır

Futbol
Bu gün, 13:13

Antonio Rüdiger Almaniya millisindən getmək istəyib

Oxşar xəbərlər